AyağIndan zədə alan Salyan sakinin təzminat ödənilməsi istəyinə “İlkin MMC”-nin sədri Hacı Qurbandan açıqlama –  20000 AZN, MÜALİCƏ ÜÇÜN İKİ DƏFƏ İRANA GÖNDƏRİLİB

177

Salyan rayonun İkinci Varlı kənd sakini Vidadi Bağırov 2017-ci ildə Neft şirkətinin nəzdində olan “İlkin MMC”-də işləyən zaman ayağında diz qapaqlarından ağır zədə alıb. O, şirkətin dörd ay ərzində təlimata qol çəkdirmədiyini və şirkətin məsuliyətsizliyinin qurban olduğunu bildirir. Şikayətçi, istintaq və məhkəmə prosesinin də düzgün aparılmadığını qeyd edib:

“2017-ci ildə Neft şirkətinin nəzdində olan “İlkin MMC”-də diz qapaqlarımdan zədə almışam. Hazırda mənim diz sümüklərim sınıq vəziyyətdədir. Şirkətin sahibi Hacı Qurban adlı şəxsdir.  Məhkəməm də olub. Bakı şəhər Prokurorluğunda da işim aparılır. Lakin, işimə düzgün baxılmır. Əvvəlcədən razılaşdırılmış araşdırma aparılır.

“İlkin MMC”-də baş usta işləyən Azad Bağırovdan şikayətçi olmuşam. Mənim şikəst olmağımın əsas səbəbkarı  Bahar enerjidə işləyən baş usta Nəcəf Aslanovdur. Küləkli havada bizi işlədib. İstintaq prosesi zamanı məni çox aldatdılar. Beş-altı ay bu işə görə məni yollarda süründürdülər. Bakı şəhər Prokurorluğunda olanda beş dəyqə ərzində mənə sənədlərə qol çəkdirdilər. Sonrada baş düşdüm ki, təxminən üç-dörd ay təlimata qol çəkdirməmişdilər. Məsuliyyətdən yayınmaq üçün prokurorluğda qol çəkdirdilər. Bir sözlə, məni aldatdılar. İstintaqın düzgün aparılmasını istəyirəm. Əsas təqsirkarlar məsuliyyətdən yayınıbdır. Suraxanı Məhkəməsində hakimə də bildirim ki, əsas təqsirkarlar istintaqdan yayınıbdır. Hakim də üzərimə qışqırdı və istədiyi kimi qərar qəbul etdi. Azad Bağırova 2 il 6 ay cəza verildi. Mənim ondan şikayətim olmayıb. Ərizə yazandan sonra altı ay cəzasını azaltdılar.

Həkim 14 gün ərzində ancaq ağrı kəsici vurub. Bakıda xəstəxada yoxlatdıranda digər həkimlər təəccübləndi ki, 14 gün ərzində niyə ağrı kəsici vurulub. Mən əməliyyat edən Əli və Elmar həkimlər müalicəmi düzgün aparmadılar. Sənəddə də qeyd ediblər ki, guya evimdə yıxılıb zədə almışam. Sonradan məlum oldu ki. Sözügedən həkimlər də əsas təqsirkarların adamlarıdır. Onların cinayət əməlini ört-badır etməyə çalışırlar. Mənə dəymiş ziyanın ödənilməsini istəyirəm. Diz qapağımın ikisi də bərpa olunmalıdır. Təkcə beş min dollar əməliyyatın xərci edir. Tək iynənin qiyməti isə 250 azn-dir”.

Redaksiyamıza ünvanlanmış şikayətlə bağlı “İlkin MMC”-nin sədri iş adamı Hacı Qurban kimi tanınan Qurban Abbasovla əlaqə saxladıq. Qurban Abbasov, təzminat olaraq, 20000 azn ödənildiyini və həmin şəxsi müalicə üçün iki dəfə İrana göndərdiyini bildirib. O, təqsirkar şəxsin də Suraxanı Məhkməsinin qərarıyla həbs olunduğunu qeyd edib:

“Qanun qarşısında sizin də boynunuz qıldan incədir, mənim də. Məhkəməyə verib. Məhkəmə həmin şəxsi cəzalandırıb. Hazırda həmin şəxs həbsdədir.  Mən, ona təzminat olaraq, 20000 manat pul ödəmişəm. Əlavə də olaraq, ərzaq yardımları etmişik. Mənim 700-800 işçim var. Mən 20000-dən yuxarı nə qədər təzminat ödəyə bilərəm. Onu müalicə üçün iki dəfə İrana göndərmişəm.  Suraxanı Məhkəməsi də hüquq qərarını çıxarıb.  Təqsirkar şəxs də məhkəmə tərəfindən cəzalandırılıb. Bu iş qəzasıdır. Öz məsuliyyətsizliyi ucbatından ayağı zədələnib. Artıq o digər məsələlərlə bağlı Sosial Müdafiə Nazirliyinə müraciət etməlidir”.

Şikayətdə adı hallanan Uniklinikanın həkimiylə əlaqə saxladıq. Əli həkim, qarşı tərəfin sözlərinə cavab olaraq bildirib ki, Vidadi Bağırovun müalicəsi tibbi qaydalara uyğun aparılıb. O, xəstənin dizində ağrıların daimi ola biləcəyini qeyd edib:

“Onun rəhbərliklə münasibətlərində problem olub. Ona görə də, hamıya qarşı aqressiv münasibət nümayiş etdirir. Mən tibbi qaydalara uyğun davranaraq, onu müalicə etmişəm. Xəstənin özünə də demişəm ki, onun dizində həmişə ağrılar olacaq. Bizi də dindiriblər. Sənədə nə yazılıbsa onun dilindən çıxan sözlər yazılıb. Əgər, şikayət verirsə, polis və yaxud prokurorluq orqanları araşdıra bilər”.Hurriyyet.org

REDAKSİYADAN: Mövzunu davam etdirəcəyik.