Çaya düşən azyaşlının meyiti tapıldı – Gəncədə FACİƏ

    24

    Gəncə şəhərində Gəncəçay çayına düşən azyaşlının meyiti tapılıb.

    Hurriyyet.org xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb. Onun meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.