Ayətulla Seyid Əli Xamneyi: “Ermənistan işğal etdiyi əraziləri Azərbaycana qaytarmalıdır”

288

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Ermənistan tərəfindən zəbt edilmiş ərazilərin azad edilməsinin zəruri olduğunu, Azərbaycanın bu məsələdə beynəlxalq qanunlar baxımından haqlı olduğunu deyib. Bu Hurriyyet.org-a İranın Azərbaycandakı səfirliyindən bildirilib:

“İranın iki qonşusu arasında baş verən döyüşlər təhlükə yaradır və tez bir zaman ərzində bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır.”

Ayətullah Xamenei qeyd edib ki, müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər.

YƏHYA