Axtarışda olan Arutyunyan separatçı çağırışlarına davam edir

96

Hurriyyet.org xəbər verir ki, Dağlıq Qarabağ separatçılarının başçısı, müharibə cinayətlərinə görə Azərbaycan dövləti tərəfindən axtarışda olan Araik Arutyunyan öz müraciətində bildirib: “Artsaxın beynəlxalq statusu ilə bağlı məsələləri dəqiqləşdirmək zəruridir – bu da xalqın öz müqəddəratının təyin eləmək kimi mütləq hüququnun tanınmasına əsaslanan müstəqilliyin tanınmasıdır. Bu hüququn tanınması münaqişənin nizamlanması barəsində düşünmək imkanı yaradacaqdır. Qarabağın ərazi bütövlüyü təmin edilməlidir”.