AXC dövründə aqrar proqramlar sosial-iqtisadi inkişafda  MÜHÜM ROL OYNAYIB  

    6

    Bütün siyasi hakimiyyətlər dövründə olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətində (AXC) aqrar məsələ xüsusi aktuallıq kəsb edirdi. Çünki sosialiqtisadi problemlərinin həlli, ölkədə ərzaq təhlükəsziliyinin qorunması, eyni zamanda ərzağa məhsula olan tələbatın ödənilməsi üçün AXC tərəfindən həyata keçirilən iqtisadi siyasətin əsas qollarından biri aqrar islahatlar proqramı idi.

    Bakı Dövlət Universitetinin iqtisadiyyat idarəetmə kafedrasının dosenti Xosrov Kərimov bildirir ki, AXCnin aqrar proqramının əsasını aqrar islahat haqqındaMüsavatfraksiyasının Torpaq Nazirliyinin nöqteyinəzərini əks etdirən qanun layihələri təşkil edirdi. Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın: “Müsavatfraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdı. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi”.

    Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov isə deyir ki, kənd təsərrüfatı neft sənayesi AXC dövründə iqtisadiyyatın əsas özülünü ölkə əhalisinin 76 faizinin fəaliyyət dolanışıq mənbəyini təşkil edirdi. Belə ki, torpaq məsələsi ən kəskin iqtisadi, sosial siyasi məsələlər sırasında dururdu: “Onun həll edilməsi həm bütün sosialiqtisadi vəziyyəti yaxşılaşdırmağa, həm böyük kəndli kütləsinin yeni hökumətə etimad göstərməsinə imkan yaradardı. Ümumiyyətlə, respublikada aqrar islahatlara keçid dövründə kənddəki mövcud istehsal münasibətlərininkəndlilərin təbəqələşməsi ilə müşayiət olunan kapitalist münasibətlərinin genişlənməsi müşahidə olunurdu. 1917-ci ildə aqrar bölmənin quruluşu aşağıdakı kimi idi: yoxsul təsərrüfatları – 54,4 faiz, ortabablar – 34 faiz, qolçomaqlar 6 faiz. Mülkiyyət formaları arasında dövlət mülkədar torpaq sahibliyi üstün idi. Belə ki, bütün kənd təsərrüfatı sahəsinin 29,5 faizi mülkədarların mülkiyyətində, 68,7 faizi dövlətin payında olduğu halda, yalnız 1,8 faizi kəndlilərə məxsus idi. Torpaqsız aztorpaqlı kəndlilər mülkədarlardan torpaq icarə etməyə ya muzdur kimi işləməyə məcbur idilər. İcarə Azərbaycanın bütün qəzalarında torpaqdan istifadənin əsas forması idi. Mülkədar təsərrüfatlarında muzdur əməyindən geniş istifadə olunurdu. İslahatların keçirilməyə başlandığı dövrdə onların məhz "kəndliyə torpaq vermək" məqsədi güdən hissəsi təşkil etməli idi. Bu məqsədlə yaradılmış komissiyanın işləri başa çatmadı, aqrar qanun layihələri variantlarından heç biri qanun statusu almadı, aqrar bölmədəki durğunluq aradan götürülmədi, Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün əsas vacib məsələlərdən biri tam həll olunmamış qaldı”.

    İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru Seyfəddin Səməndərov isə xatırladır ki, 1917-1920-ci illərdə Azərbaycan gerçəkliyi üçün aqrar məsələnin həllinin qədər vacib olmasını göstərən faktlar var. Statisik mənbələrdə 1917-ci ildə Azərbaycanda 2 milyon 559 min 27 nəfər əhali qeydə alınmışdı. Qeydiyyatda olan əhalidən 1 milyon 981 min 548 nəfəri kənd əhalisi kimi, ümumi əhalinin 77 faizini təşkil etməsi kimi göstərilir. Qalan 577 min 479 nəfərin isə şəhərlərdə yaşayıb ümumi əhalinin 22,6 faizini təşkil etdiyi bildirilirdi. Rəqəmlərdən göründüyü kimi, aqrar məsələnin həlli Azərbaycan əhalisinin əksəriyyətinin həyati maraqları ilə əlaqədar olan məsələ idi: “Mülkiyyət formalarına gəldikdə isə torpaqların 47,9 faizi pay torpaqları, 32,6 faizi xəzinə, 18,3 faizi hüquqi fiziki şəxslərə məxsus torpaqlar, 0,6 faizi isə kəndli sahibkar torpaqları idi. Torpaq üzərində mülkiyyət plüralizminin faktiki mövcudluğuna qanunlar tərəfindən tanınmasına baxmayaraq aqrar zəmində törənən toqquşmalar ziddiyyətlər Azərbaycan kəndinin reallığı idi. Qanunsuzluqlar heç qanunların iqtisadi reallıqlarla uzlaşması ilə əlaqədar olmayıb müəyyən qüvvələrin məqsədyönlü fəaliyyətinin nəticəsi idi. AXCnin bərqərar olduğu illər ərzində kənddəki vəziyyəti öz məcrasına döndərmək üçün asayiş təminatçısı olan səlahiyyətli hökumət orqanlarının gördükləri tədbirlər bir tərəfdən silahlı dəstə qrupların sakitləşdirilməsinə yönəldilirdisə, digər tərəfdən vətəndaş həmrəyliyinə nail olmaq üçün barışdırıcı tədbirlər həyata keçirilirdi. Hökumətin dövlətin aqrar siyasəti məsələnin həllinə yönəlmişdi. İstər qanunvericilik aktlarının işlənib hazırlanması baxımından, istərsə aqrar münasibətlərin tənzimlənməsi baxımından daima axtarışlar aparan hökumət dövlət mexanizmləri mövcud idi. Dövlətin iqtisadiyyatın tənzimlənməsi istiqamətindəki fəaliyyəti aqrar münasibətləri əhatə edirdi. AXC tərəfindən həyata keçirilən iqtisadi islahatlar kursunun tərkib hissəsi olan aqrar islahatların əsas məzmunu əkinçiliklə məşğul olan əhali kütləsinin maddi sosial vəziyyətinin yaxşılaşdırılması, torpaq icarəsi münasibətlərinin tənzimlənməsi, proqramların reallaşması üçün komissiyaların yaradılması sair kimi tədbirlər sistemindən ibarət idi”.

    İqtisadçı alim bildirir ki, aqrar məsələ ilə əlaqədar Dövlət Əmlakı Əkinçilik Nazirliyində iki dəfə layihə hazırlandı, hökumət dövlət orqanları qarşısında iqtisadi təşəbbüslər məzmunu daşıyan çıxışlar edildi. Birinci qanun layihəsi 1919-cu ilin iyulunda hazırlanmışdı: “Layihədə hüquqi fiziki şəxslərə saxlanılacaq torpaq norması kənd yerlərində 100-150 desyatin, şəhər yerlərində 5-7 desyatin həddində müəyyənləşdirilirdi. Dövlət Əmlak Əkinçilik Nazirliyinin yeni layihəsində hüquqi fiziki şəxslərə saxlanılacaq torpaq norması kənd yerləri üçün 7-50 desyatin, şəhər yerləri üçün 1,5-12 desyatin idi. 1918-ci ilin noyabrında Milli Şurada Azərbaycan parlamentinin yaradılmasını nəzərdə tutan qərar qəbul olundu. Azərbaycan parlamentinin ilk iclası dekabrın 7- oldu yarandığı gündən Azərbaycanın həyati maraqlarına daxil olan mühüm məsələlərin müzakirə edildiyi arenaya çevrildi. 1919-cu il fevral ayının 4- parlamentin aqrar islahat komissiyası yaradıldı. Azərbaycan parlamentinin aqrar islahat komissiyasında ilk əvvəl islahatın əsas prinsiplərini sosialist fraksiyası müəyyənləşdirdi. Bu prinsiplərin əsasında Zaqafqaziya Seyminin 1918-ci il 7 mart əsasnaməsindəki müddəalar dururdu. Parlamentdə fəaliyyət göstərən «Sosialist» fraksiyası dəfələrlə həmin ruhda tərtib edilən layihənin müzakirə edilərək qəbul edilməsinə cəhdlər göstərsə buna nail ola bilmədi. Azərbaycan parlamentində aqrar məsələ ilə əlaqədar «Müsavat» fraksiyası da qanun layihəsi təqdim etdi. 1920-ci ilin fevralında Azərbaycan parlamentinə aqrar islahat layihəsini təqdim edən «Müsavat» fraksiyası hüquqi fiziki şəxslərə saxlanılan torpaq normasının 25-75 desyatindən çox olmamasını müəyyənləşdirmişdi”.

    Ümumiyyətlə, fəaliyyət göstərdiyi 23 ay ərzində AXCnin aqrar siyasətinin əsasını əkinçiliklə məşğul olan əhali kütləsinin maddi sosial vəziyyətinin yaxşılaşdırılması, torpaq icarəsi münasibətlərinin tənzimlənməsi, aqrar proqramların reallaşması üçün komissiyaların yaradılması sair kimi tədbirlər sistemi təşkil edib. Məhz bu tədbirlərin reallaşdırılması məqsədilə 1919-cu ilin fev­ral ayının 4- AXC Parlamentində aqrar islahat komissiyası yara­dılıb 1920-ci ilin aprel ayının 21-dək fəaliyyətini davam etdirən bu komis­siyanın 25 dəfə iclası keçirilib. AXCnin aqrar proqramının əsasınıMüsavatfraksiyasının Əkinçilik Nazirliyinin mövqeyini özündə əks etdirən parlamentə təqdim olunmuşAqrar islahat haqqındaqanun layihələri təşkil edib. Həmin qanun layihələrinin hər ikisinin məqsədi torpaqsız aztorpaqlı əhalini torpaqla təmin etmək idi. Bu layihələr xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tuturdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın. “Hər bir əkinçi özünün əkibbiçə biləcəyi miqdarda torpağa sahiblik etməlidir!” prinsipini əsas götürən AXC islahatçıları geniş torpaqları ölü halında buraxan torpaq sahiblərinin mülkiyyət haqqını rədd ediblər. Bu cür torpaq sahələri əvvəlki sahiblərindən alınaraq əkinçi vətəndaşlar arasında yenidən bölüşdürülməli idi.

    Müsavatfraksiyasının hazırladığı qanun layihəsində torpaqların əvəzsiz paylanması, digər qanun layihəsində isə torpaqların müəyyən əvəz müqabilində verilməsi nəzərdə tutulub. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq, müxtəlif miqdarda torpaq sahəsinin saxlanılması müəyyənləşdirilib. Belə ki, 1919-cu ilin iyulavqust aylarında Əkinçilik Nazirliyində hazırlanmış Nazirlər Şurasına təqdim edilmiş aqrar islahat layihəsinin əsas müddəalarına görə, hüquqi fiziki şəxslərə saxlanacaq torpaq norması kənd yerlərində 100-150 desyatin, şəhər yerlərində 5-7 desyatin həddində, aztorpaqlı torpaqsız əhalinin torpaqla təmin olunması üçün onlara ayrılacaq torpaqlar bağçılıq qiymətli əkinçilik mədəniyyətinin inkişaf etdiyi rayonlarda 1,5 desyatin, dənli bitkilərin becərildiyi ərazilərdə 3 desyatin, heyvandarlıqla məşğul olan əhali üçün 8 desyatin həcmində müəyyənləşdirilib.

    1919-cu ilin oktyabrın 18- Əkinçilik Nazirliyi Mərkəzi Komissiya adından AXCnin Nazirlər Şurasına xüsusi layihə təqdim edilib. Həmin layihəyə əsasən, 21 min evin əkinçilik təsərrüfatı ilə məşgul olması üçün toxumun, heyvanlarının kənd təsərrüfatı alətlərinin alınması üçün maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Belə ki, 21 min evin hər biri üçün 20 pud toxumun, 4 ev üçün 1 cüt buğanın, 1 arabanın, 1 kotanın 1000 manatlıq bel, balta, oraq sair kənd təsərrüfatı alətlərinin verilməsi nəzərdə tutulub. Bütün bunlar üçün 164 milyon 400 min manat vəsaitin tələb olunduğu hesablanıb.

    1920-ci ilin yanvarın 29-da hökumət işləri üzrə idarəyə, martın 4-də Nazirlər Şurasına təqdim edilmiş və Əkinçilik Nazirliyinin hazırladığı layihəyə əsasən, torpaq sahəsi norması şəraitdən asılı olaraq kənd yerləri üçün 7-50 desyatin, şəhər yerləri üçün isə 1,5-12 desyatin idi.

    “Müsavat” fraksiyasının təqdim etdiyi aqrar islahat layihəsinə görə, qanun layihəsində hüquqi və fiziki şəxslər üçün torpaq normasının saxlanılması nəzərdə tutulub və normadan artıq torpaqlar dövlət torpaq fonduna daxil edilib. Hüquqi və fiziki şəxslərə saxlanılacaq torpaq mülkiyyətinin yüksək həddinin 75 desyatindən yuxarı olmaması, malikanə və bağlar üçün 25-75 desyatin, şəhərlərdə isə 5-7 desyatin həcmində müəyyənləşdirilib. Normadan artıq müsadirə edilmiş torpaqlar və boş qalmış xəzinə torpaqları aztorpaqlı və torpaqsız kəndlilərin torpaqla təmin edilməsi işinə yönəldilməli idi.

    Aztorpaqlı və torpaqsız əhaliyə ayrılacaq sahələr qiymətli əkinçilik mədəniyyəti olan ərazilər üçün 1-1,5 desyatin, dənli bitki sahələri üçün 3 desyatin, bağçılıq və heyvandarlıqla məşğul olanlar üçün isə 8 desyatin müəyyənləşdirilib. Torpaq sahəsi almış əhalidən xəzinə hesabına vergi yığılması nəzərdə tutulub. Vergilərdən əldə edilən vəsait qismən islahat xərclərinə, qismən də torpaqları müsadirə edilmiş torpaq sahiblərinin mükafatlandırılmasına sərf ediləcəkdi.

    Kəndlilərə torpaq vermək, əkin-biçin işlərini birlikdə yoluna qoymaq üçün 29 maddədən ibarət “Torpaq islahatı haqqında” qanun layihəsi hazırlanaraq 1920-ci ilin fevralın 21-də ümumxalq müzakirəsi üçün dərc olundu. Həmin qanun layihəsinə görə, torpaq üzərində mülkiyyət hüququ saxlanılmaqla torpaqların onların sahibləri tərəfindən istifadə olunmayan hissəsi hökumət tərəfindən pulla alınaraq kəndlilərə paylanılmalı idi. Digər tərəfdən, kəndlilərə həmin torpaqları almaq üçün güzəştli şərtlərlə kredit verilməsi də nəzərdə tutulmuşdu. Lakin AXC işğal edildiyi üçün bu qanunun qəbul edilməsinə vaxt çatmadı.

     

    Mətanət İmamquliyeva

     

    Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmişAzərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatımövzusunda müsabiqəyə təqdim edilir

     

    HURRİYYET.ORG