ÇAVUŞOĞLU RAZILAŞMADAN DANIŞDI: “Silahı yerə qoyub, bölgəni tərk edəcəklər”

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Amerika səfərindən sonra Menbiç məsələsi ilə bağlı ABŞ ilə aparılan müzakirələr barəsində belə deyib: “Razılaşmanın tətbiq edilməsi mərhələsində PKK/YPG terror təşkilatı Menbiçi tərk edəcək. Menbiç modeli tamamlandıqdan sonra bunu digər sahələrə də daşıyacağıq. Razılaşmamızda bu da var”.

    “Amerika YPG-PKK məsələsindən vaz keçdi deyə bilərikmi? Menbiç məsələsində təqvimin reallaşdırılması iyul ayından sonra olacaq?” sualının cavabında Mövlud Çavuşoğlu deyib: “İyul ayında keçiriləcək görüşdə hüquqi məsələlər, səfirliklərlə bağlı işlər müzakirə ediləcək, Suriya məsələsi yox. İndən belə artıq hazırlanmış yol xəritəsinin tətbiq edilməsi ilə bağlı ilkin hazırlıq, hazırlıq və tətbiq mərhələləri olacaq. 0-10 gün içərisində işlər başlanacaq. Bu proses 6 aydan da az müddət ərzində baş verəcək. Burada yubandırma olmayacaq…”

    “… Baş Qərargah rəisi Hulusi Akar artıq həmkarı ilə görüşüb. Bizim görüşümüzdən dərhal sonra danışıqlarla bağlı razılaşıblar. Bundan əvvəl isə Amerika nümayəndə heyəti Ankaraya gəlmişdi, həmçinin hörmətli Baş Qərargah rəisimiz NATO sammiti çərçivəsində Brüsseldə görüş keçirmişdi. Olduqca güclü ilkin hazırlıq işlərini əməkdaşlarımız, kəşfiyyatımız həyata keçirmişdi… Yəni hələ iyul ayını gözləmədən bu işlər başlanıb və davam edəcək”.

    “Bundan əvvək Amerikadan müxtəlif təşkilatlardan, müxtəlif nazirliklərdən açıqlamalar gəlirdi. Bu da bizi narahat edirdi. Düzdür, qarşı tərəfdə tez-tez dəyişikliklər oldu. Lazimi vəzifələrə təyinatlar verilməyib. Ankaraya səfir təyin edilməyib. Sadəcə, Ankara deyil, 40-a qədər ölkəyə yeni səfirlər təyin edilməyib. Bir çox boşluqlar yarandı. Pompeo CIA (MKİ – Mərkəzi Kəşfiyyat İdarəsi – red. ) direktoru olub, həssaslıqlarımıza yaxşı bələddir”.

    “Şəhərlərin idarəçiliyində bizim meyarımız əhalinin demoqrafik quruluşu olacaq. YPG gələndən sonrakı yox, müharibə başlamazdan əvvəlki əhali quruluşu meyar olacaq. Təbii ki silahlar da YPG-dən alınacaq”.

    Hurriyyet.org