Avtovağzaldakı bu lövhə sərnişinləri çaşdırır – VİDEO

    6

    Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı dayanacaqda olan məlumat lövhəsi sərnişinləri əməlli- başlı çaşdırıb.

    Hurriyyet.org-un məlumatına görə, lövhədə həmin dayanacqdan keçməli olan marşrut xətlərinin nömrələri yazılıb, amma orada qeyd olunan marşrut xətləri ya tamamilə ləğv olunub, ya da ki, oradan ümumiyyətlə keçmir. Nəticədə isə sərnişinlər saatlarla gəlməyən marşrutu gözləməli olurlar.

    Sözügedən məlumat lövhəsində 15 marşrut xəttinin nömrəsi qeyd olunub. Amma onlardan cəmi ikisi bu dayanacaqdan sərnişin götürür.

    Sərnişinlər isə hansı marşrutun burdan keçib- keçmədiyini yalnız xeyli gözləməklə bilirlər. Bu problemdən ən çox əziyyət çəkənlər isə rayondan Bakıya gələnlər olur.

    Şəhər istiqamətinə hərəkət edən bir neçə marşrut avtobusları var ki, onlar bu dayanacaqdan keçir. Amma onların da heç birinin nömrəsi məlumat lövhəsində qeyd olunmayıb. Baxmayaraq ki, avtovağzal kompleksi istifadəyə veriləndən həmin marşrutlar bu xətlə hərəkət edirlər.

    Məsələ ilə bağlı problemi isə heç bir qurum öz üzərinə götürmür. Görünən isə odur ki, məlumat lövhəsi hələ çox sərnişini çaş-baş salacaq. \\XəzərXəbər

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: