Avtomobilin vurduğu piyada öldü

51

Sumqayıtda maşın piyadanı vuraraq öldürüb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Sülh küçəsində baş verib.

Yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Yusifov Asif Yusif oğlunu “Opel” markalı avtomobil vurub.

Hadisə nəticəsində piyada dünyasını dəyişib. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.