Avtomobil piyadanı vuraraq öldürdü – SUMQAYITDA

    12

    Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org DİN-ə istinadən xəbər verir ki, noyabrın 27-də saat 21 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində şəhər sakini Vidadi Quliyev idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

    Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.