Avtomobil piyadanı vuraraq öldürüb

72

Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 8-i saat 17 radələrində rayonun Sabirkənd kəndi ərazisində B.Bilalov idarə etdiyi “UAZ-39623” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Ağacavad Xəlilovu vurub, sonradan idarəetməni itirdiyindən avtomobili aşırıb. Nəticədə piyada aldığı xəsarətlətdən hadisə yerində ölüb, B.Bilalovun sərnişini T.İsayev isə xəstəxanaya yerləşdirilib.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.