Avtomobil 55 yaşlı qadını vurdu

63

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xətai rayonunda qeydə alınıb. Yolu keçən 1965-ci il təvəllüdlü Abdullayeva Natavan Şəmsəddin qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ qamış sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.