Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? – VİDEO

    24

    Son günlər havaların isinməsi avtobuslarda kondisionerlərin nə zaman işə salınacağı məsələsini aktuallaşdırıb. Sərnişinlər deyirlər ki, bəzi avtobuslarda kondisionerlər olsa da, işlədilmir. Nəticədə mənzil başına tələsənlər sıxlıqla bərabər həm də, diskomfort bir şəraitdə avtobusda getməli olurlar.

    Havaların anidən istiləşməsi paytaxt sakinlərinə ictimai nəqliyyatdan istifadədə çətinlik yaşadıb. Isti hava və sərnişin sıxlığı avtobusda sözün əsl mənasında nəfəs almağı belə çətinləşdirib.

    Sərnişinlərin sözlərinə görə, bəziləri avtobuslarda kondisioner var. Sərnişinlər sürücülərdən kondisionerləri qoşmağı tələb etsələr də onların bu istəyi nəticəsiz qalır.

    Çəkiliş zamanı məlum oldu ki, kondisionerli olan cəmi bir neçə avtobus havaların isinməsi ilə əlaqədər yay rejiminə keçib.

    Mütəmadi olaraq avtobuslardan istifadə edən sərnişinlər bütün avtobuslarda kondisionerlərin olmasını istəyirlər.

    Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, agentliyə də məlum məsələ ilə bağlı çox sayda şikayətlər daxil olub. Bunu nəzərə alan Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə rəsmi xəbərdarlıq edib.

    O ki, qaldı paytaxtda fəaliyyət göstərən bütün sərnişin avtobuslarının kondisionerli olmasına, qurum rəsmisi bildirdi ki, bu məsələ ilə bağlı agentlik konkret daşıyıcılar qarşsısında tələb qoyub.

    Elə sərnişinlərin də ən böyük isətəyi köhnə avtobusların əvəzinə müasir və komfortlu avtobusların xidmətə başlamasıdır.