Avtobuslar üçün ehtiyat hissələri 3,2 mln. manata başa gələcək

    9

    Bakı Nəqliyyat Agentliyi yanında “Bakubus” MMC iyulun 25-də İveco avtobusları üçün ehtiyat hissələrinin alınmasına dair müqavilə imzalayıb.

    Müqavilə “Karataş Tarımçılık Sanayi Ve Ticaret” şirkətinin (Türkiyə) nümayəndəliyinə təqdim edilib. Müqavilənin dəyəri – 3 mln. 214 min manat yaxud 1 890 min dollardır. Bakubus-un istifadəsində 302 IVECO avtobusu var. /”Turan”