“Avstraliya Dağlıq Qarabağdakı “seçkilər”i tanımır” – Səfir

60

“Avstraliya Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır”.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun “Twitter”də bildirib.

“Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımır. Danışıqlar yolu ilə həllə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun rolunu davam etdirməsi həmişəkindən daha vacibdir”, – deyə səfir qeyd edib.

Xatırladaq ki, Avstraliyanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana və Gürcüstana akkreditə olunub.