Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri – II YAZI

6

2004-cü ildə qüvvəyə minən Qaz təhlükəsizliyi Direktivi təbii qaz təchizatında təhlükəsizliyin inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Aİ enerji sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə ittifaqdaxili direktivlər qəbul etməklə yanaşı, həmçinin Enerji Xartiyası Müqaviləsi, Kyoto Protokolu kimi beynəlxalq sazişlərə qoşulmuş, regionda və qitədə qonşu ölkələrlə enerji sahəsində əməkdaşlığa dair layihələrə imza atmışdır (İNOGATE, Bakı Təşəbbüsü və s.). Belə layihələrə misal kimi Avropa Qonşuluq Siyasəti çərçivəsindəki Enerji Əməkdaşlığına dair Anlaşma Memorandumların (Azərbaycan, Qazaxıstan, Ukrayna, Əlcəzairlə), Aralıq hövzəsi ölkələri ilə Assosiasiya Sazişlərini, Aİ-Afrika sazişlərini göstərmək olar. Sənaye obyektlərinin, istixanaların, nəqliyyatin və s.-nin inkişafmda Avropa hələ uzun müddət ucuz və ekoloji cəhətdən nisbətən təmiz olan təbii qaza ehtiyac duyacaqdır.

Aİ-nin 2006-cı ildən etibarən həyata keçirilən yeni enerji siyasətinin vacib və ən əsas məqamlarından biri enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə təbii qaz mənbələri və marşrutlarının diversifikasiyasına nail olmaqdan ibarətdir. Layihənin gerçəkləşməsində qaz mənbələrindən biri kimi Xəzər regionunda məhz Azərbaycan qazı, xüsusən də Şahdəniz qaz yatağı çıxış edəcəkdir.
Layihənin istər ilkin istismar dövründə, istərsə də növbəti fazalarda kəmərin qazla təchizatında Şahdəniz yatağı nəzərdə tutulur. 2007-ci ildən etibarən dünya bazarına artıq qaz ixracatçısı kimi çıxan Azərbaycan neft sahəsində apardığı güclü strategiyanı və zəngin təcrübəni bir qaz hasilatçısı olan ölkə kimi də davam etdirmək niyyətindədir.
Azərbaycan öz qazını 4 marşrutla dünya bazarına ixrac etsə də, geniş şaxəli enerji marşrutlarının əldə edilməsi ölkəmizin də marağındadır. Bundan başqa, ölkə iqtisadiyyatının inkişafında enerji resurslarının mühüm rolunu nəzərə alaraq, Azərbaycanın əsas iştirakçılarından olacağı belə iri layihənin reallaşmasının neft-qaz gəlirlərinin artmasına və bütövlükdə iqtisadi artıma təsir edəcəyi şübhəsizdir.

Cənub dəhlizinin strateji əhəmiyyəti

Cənub Qaz Dəhlizi Avropa və Xəzər regionu arasında enerji və nəqliyyat əlaqəsi yaradacaq yeni İpək Yolu rolunu oynayan vasitə kimi qəbul edilir. "Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaqdır. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Italiya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcəkdir. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağırun işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir.
Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. "Şahdəniz” XXI əsrin müqaviləsi olacaqdır. 1996-cı ildə "Şahdəniz" qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra – 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığa dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. 2013-cü ildə Azərbaycan Türkiyə ilə Trans-Anadolu boru kəməri – TANAP-a dair tarixi saziş imzalamış, 2014-cü ildə isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi.  Nəhayət, "Şahdəniz-2" yekun investisiya qərarı imzalanmışdır.

TAP və digər transxəzər layihələrinin səmərəliliyi

Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Ekspertlərin hesablamalarına görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir.

"Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.

Bu layihə ölkəmizin uzunmüddətli və dayanıqlı iqtisadi inkişafını təmin edəcəkdir. Azərbaycanda enerji sahəsinin iki lideri və strateji tərəfdaşı olan ARDNŞ və BP arasında 20 illik əməkdaşlıq təcrübəsi vardır. Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Bu gün özəl sektor ölkə iqtisadiyyatının 85 faizini təşkil edir. İşsizlik səviyyəsi 4,8 faizə, yoxsulluq səviyyəsi isə 5,5 faizə endirilmişdir.
Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir, maliyyə vəziyyəti sabitdir və iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar davam etdirilir. Bu səbəbdən enerji siyasəti, beynəlxalq təsisatlarla six əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Bu gün, təbii ki, qazımızm Avropa bazarlarına vaxtında çatdırılması üçün diqqətimizi TANAP və TAP layihələrinin icrasına yönəltməliyik.
Burada "Şahdəniz" layihəsinin ilkin mərhələsinin əhatə etdiyi ölkələr – Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan ilə [səh. 49-50] six əməkdaşlıq tələb olunacaqdır. Sonrakı mərhələdə Monteneqro və Xorvatiya ilə fəal əməkdaşlığa başlayacağıq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planlarımız da vardır. Eyni zamanda qarşıdan gələn illərdə Rumıniya, Macarıstan və Avstriyadakı tərəfdaşlarımızla boru kəmərinin həmin istiqamətdə də uzadılması üzrə fəal iş görüləcək.

Təbii ki, "Şahdəniz-2" layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Bu layihə çərçivəsində Xəzər dənizində ən qabaqcıl sualtı hasilat texnologiyasının tətbiqi ilə Azərbaycandan Avropaya qədər 6 ölkəni birləşdirəcək təxminən 3500 kilometr uzunluğunda boru kəmərləri sisteminin tikintisi və istismarı gerçəkləşdiriləcəkdir.

Qeyd etmək lazımdır ki, avropalıların bir çox nəsillərinə xidmət edəcək "Cənub" qaz dəhlizinin yaradılmasında ən böyük investorlardan biri SOCAR olacaqdır. "Şahdəniz-2" layihəsi üzrə platforma və sualtı qurğuların əksər hissəsi faktiki olaraq Azərbaycanda inşa olunacaq. Bunun üçün Bakı yaxınlığında yerləşən tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanları təkmilləşdiriləcəkdir. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün çoxprofilli bir nadir gəmi inşa ediləcəkdir. Onu da həmin gəminin Bakıda yenicə istifadəyə verilmiş Gəmiqayırma zavodunda tikilməsi planlaşdırılırr. Bunlar, əlbəttə ki, ölkəmiz üçün yeni texnologiyalar, yeni biliklər, yeni potensial deməkdir.

Avropaya üz tutan təminatlı boru kəmərləri

Ən mühümü isə "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda işçi qüvvəsi üçün təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaqdır.

TANAP və TAP layihələrinin inşası prosesində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər ölkələrdə də minlərlə yeni iş yeri açılacaq, həmin ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərəcəkdir.
"Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan "Şahdəniz"in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş 'Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin qaz ehtiyatlarının olduqca perspektivli "Şəfəq-Asiman", "Babək", "Zəfər-Məşəl" və başqa strukturların potensialından tam istifadə ediləcəkdir. Bu transregional qaz layihələrinin reallaşdırılması ölkənin qlobal iqtisadiyyatda mövqeyinin daha da gücləndirilməsinə real xidmət edəcəkdir.

“Hürriyyət”