Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri

12

I yazı

Avropa İttifaqı neftin 82%, qazın 57%-ni idxal edir ki, bu göstəricilərə görə dünyada ilk yeri tutur. Avropa İttifaqının enerji siyasəti haqqında konsepsiya ilk dəfə Avropa Şurasının 27 oktyabr 2005-ci il tarixində Londonda keçirilmiş iclasında qəbul edilmişdir. Avropa enerji siyasətinin əsas prinsipləri Dayanıqlı və Təhlükəsiz Enerji naminə Avropa Strategiyası Planında təsbit edilmişdir. Bu, Avropanın enerji təhlükəsizliyi məsələləri ilə yanaşı, postsənaye cəmiyyətində aşağı karbonlu, ekoloji təmiz yanacağın tətbiqini nəzərdə tutur. Bura əsas etibarilə daxildir:

– 1990-cı illə müqayisədə ilkin enerji mənbələrindən çıxan istixana qazının həcmini 2020-ci ilədək azı 20% azaltmaq;

– 1990-cı illə müqayisədə ilkin enerji mənbələrindən çıxan karbonun həcmini 2050-ci ilədək azı 50% azaltmaq;

– 2020-ci ilədək nəqliyyat vasitələrində bioyanacaqdan istifadə payını azı 10% həcmində hədəf kimi götürmək;

– Aİ qonşuları ilə enerji sahəsində əlaqələri genişləndirmək;

– Bərpa olunan, altemativ və nüvə enerjisi sahəsində texnologiyaları inkişaf etdirmək. Bərpa olunan enerjidən istifadə həcmini 2020-ci ilədək 20% artırmaq;

– Afrika-Avropa Enerji əməkdaşlığıni genişləndirmək. Bu zaman Afrika ölkələrinə aşağı həcmli karbonla işləyən texnologiyanı ötürmək və əvəzində qitədən stabil enerji təchizatçısı kimi istifadə etmək.

Transregional yeni iqtisadi münasibətlərə doğru

2004-cü ildə qüvvəyə minən Qaz təhlükəsizliyi Direktivi təbii qaz təchizatında təhlükəsizliyin inkişaf etdirilməsini nəzərdə tutmuşdur. Aİ enerji sahəsində təhlükəsizliyi təmin etmək məqsədilə ittifaqdaxili direktivlər qəbul etməklə yanaşı, həmçinin Enerji Xartiyası Müqaviləsi, Kyoto Protokolu kimi beynəlxalq sazişlərə qoşulmuş, regionda və qitədə qonşu ölkələrlə enerji sahəsində əməkdaşlığa dair layihələrə imza atmışdır (İNOGATE, Bakı Təşəbbüsü və s.). Belə layihələrə misal kimi Avropa Qonşuluq Siyasəti çərçivəsindəki Enerji Əməkdaşlığına dair Anlaşma Memorandumların (Azərbaycan, Qazaxıstan, Ukrayna, Əlcəzair), Aralıq hövzəsi ölkələri ilə Assosiasiya Sazişlərini, Aİ-Afrika sazişlərini göstərmək olar. Sənaye obyektlərinin, istixanaların, nəqliyyatin və s.-nin inkişafmda Avropa hələ uzun müddət ucuz və ekoloji cəhətdən nisbətən təmiz olan təbii qaza ehtiyac duyacaqdır. Avropa İttifaqı aşağı karbonlu, sağlam, yüksək keyfiyyətli, sərfəli qiymətə malik, dayanıqlı və təhlükəsiz enerji mənbələri axtarışındadır. Bu kontekstdə Avropa təbii qaza daha çox etibar edir. Qazın üstünlükləri çoxdur. Təbii qaz təkcə enerji mənbəyi deyil, həmçinin xammaldır. Son dövrlərdə istehsalı artan bioqaz bərpa olunan enerji mənbələri sırasındadır. Elektrikdən fərqli olaraq, təbii qaz saxlanıla bilir, bu baxımdan onun istehsalı və paylanması, logistik məsələlər daha rahat başa gəlir. Nəzərə alsaq ki, Rusiya Aİ-ni qazla təmin edən enerji ölkəsidir, о zaman birliyin enerji təhlükəsizliyi məsələsi mühüm məsələyə çevrilir. Aİ buna təchizat mənbələri üzrə diversifikasiyaya nail olmaq və maye-qaz terminallarının tikintisi ilə nail olmaq istəyir. Şimal dənizindəki qaz yataqlarının mövcudluğuna baxmayaraq, Aİ idxal olunan qazdan birbaşa asılıdır. Avropa təbii qaz ticarəti assosiasiyası Eurogasın məlumatma görə, Aİ-nin qaz istehlakının 38%-i birlik ölkələrinin payına düşür (xüsusən B.Britaniya və Niderland). Aİ qazı Rusiya (23%), Norveç (18%) və Əlcəzairdən (10%) idxal edir. Aİ-nin enerji təhlükəsizliyində təbii qaz sahəsində problemlərinin aradan qaldırılmasında mayeləşdirilmiş təbii qaz idxalı da böyük rol oynaya bilər. Şimali Amerikanın şərq sahillərinə nisbətən Avropa mayeləşdirilmiş təbii qaz mənbələrinə daha yaxındır. Qitə Aralıq dənizi, Qərbi Afrika və Yaxm Şərq qaz mənbələrinə coğrafi cəhətdən ABŞ-a nisbətən daha əlverişli mövqedədir. Bu üstünlük təkcə coğrafi mövqe deyil, həm də çatdırılmanın ucuz başa gəlməsindədir. Avropada maye qazı reqazifikasiya edəcək yeni terminallar tikilməkdədir. Onlardan ən böyüyü Uelsdə tikilib. Bundan başqa, belə terminallar İspaniya, Portuqaliya, Fransa, Belçika, B.Britaniya, İtaliya və Yunanıstan ərazisindədirlər. 50-dən çox yeni terminal Albaniya, Niderland, Xorvatiya, Almaniya, İrlandiya, Polşa, Rumıniya, Ukraynada tikilir. Belə terminalların tikintisi və maye qazı təbii qaza çevirəcək texnologiyaların quraşdırılması səbəbindən mayeləşdirilmiş qazın qiyməti təbii qazdan qat-qat baha başa gəlir. Lakin Avropa enerji təhlükəsizliyinin təmin edilməsi üçün bu addıma getməli olur. Bəzi ölkələrdə maye qazın idxalı geniş şəbəkəli boru xətlərinin olmaması səbəbindən irəli gəlir. Məsələn, İspaniya və Portuqaliya Avropanın maye qaz idxalçısı ölkələrindəndir və onlar bu qazı Qatar, Əlcəzair kimi ölkələrdən idxal edirlər.

Yeni yüzilliyin yeni hədəfləri

2030-cu ilədək Aİ-nin qaz tələbatı 700 milyard kub metrədək artacaq. Digər tərəfdən bu tələbatın idxal hesabına ödənməsi də getdikcə artacaqdır. Buna səbəb Avropanın əsas qaz hasilatçılarından olan B.Britaniyada qaz ehtiyatlarının azalmağa doğru getməsidir. Bəzi təşkilatlar Britaniyada 2020-d ildə qaz istehsalı həcminin 80-90 milyard kub metr olacağını proqnozlaşdırsalar da, ölkə rəsmiləri bunu, hətta 20 milyarddan aşağı həcmdə qiymətləndirirlər. Aİ qaz idxalının 2005-2030-cu illər üzrə proqnozu bunu isbat edir. İdxalda yüksək paya Rusiya, Norveç, Şimali Afrika, Körfəz ölkələri malikdirlər, özü də bu ölkələrdən idxalın həcmi ilbəil artmaqda davam edəcək. Ən az və stabil həcmə isə Latın Amerikası ölkələri aid olacaq. Xəzər regionu ölkələri diqqəti xüsusilə cəlb edir. 2020 və 2030-cu illərdə bu regiondakı Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistandan ümumilikdə 13 milyard kub.m qaz idxalı proqnozlaşdırılır ki, bunun da hamısının Azərbaycan hesabına baş verəcəyi nəzərdə tutulur. Belə olan halda, Azərbaycanın Aİ üçün necə etibarlı və əhəmiyyətli tərəfdaş olduğunu görmək olur. Qazaxıstan, Türkmənistan və Ozbəkistanın etibarlı tərəfdaş olmadığı və bu ölkələrin istehsal etdikləri qazlarını Rusiyaya satacağı əsas kimi götürülüb. Adıçəkilən ölkələrin Aİ-nin qaz idxalında stabil paya sahib olması üçün bir sıra maliyyə,iqtisadi, siyasi, institusional problemlər həll edilməlidir. Yaxın Şərq, Misir, Liviya, Nigeriya kimi ölkələrdən qaz idxalı həcminin artırılması üçün infrastruktur inkişaf etdirilməlidir: yeni kəmərlər və maye-təbii qaz terminalları.

2006-cı ildə Avropanın qaz istehlakında mayeləşdirilmiş təbii qazın həcmi 51 milyard kub.m. olmuşdursa, 2030-cu ildə bu rəqəmin 227 milyard kub.m-ə çatacağı gözlənilir. Maye təbii qazın dünyada ticarəti isə 2006-cı ildə 748 milyard kub.m və ya ümumi qaz ticarətinin 28%-i olmuşdur. Ümumilikdə maye qaz idxal edən ölkələrin sayı son illərdə Çin və Meksika da daxil olmaqla 17-yə çatmışdır. Avropada maye qaz idxalının artımı (21%) dünya maye qaz idxalı artımından (12%) çox olmuşdur. Maye qaz idxalı ümumi qaz idxalında 27% olan Avropanın ən böyük maye qaz idxalçısı Ispaniyadır. Dünyanın ən böyük maye-qaz ixracatçısı Qatardır. Onun ümumi ixracda payı 15% təşkil edir. Digər böyük həcmdə maye-qaz ixracatçıları isə İndoneziya, Malayziya, Əlcəzair, Nigeriya, Trinidad və Tobaqo, Misir, Bruney və Omandır. Maye-qaz ixracatının artımına görə Misir ilk pillələrdə durur. Avropada ümumi qaz istehlakında maye-qazın payı 10%-dir. Lakin bu rəqəm müxtəlif ölkələrdə müxtəlif cürdür. Məsələn, İspaniyada qaz istehlakının 68%-i mayeləşdirilmiş təbii qazdır. Maye-təbii qazın istehsalçıdan istehlakçıya çatdırılması neftin nəqlindən təqribən 7 dəfə baha başa gəlir. Təbii ki, qazın qiyməti məsafədən, tərəflər arasındakı müqavilənin şərtlərindən və s.-dən asılı olaraq dəyişə bilir. Maye-təbii qaz təchizatı zəncirini nəzərdən keçirmək üçün xəyali rəqəmlər götürək: Misal üçün, 5Mt qazın mayeləşdirilərək istehlakçıya çatdırılması. 5Mt qazm hasilatı 1.5 milyard dollar (hər tona 300 dollar), onun mayeləşdirilməsi 3.25 milyard dollar (hər tona 650 dollar), 5 gəmi ilə çatdırılması 1 milyard dollar (hər gəmi ilə 1 Mt üçün 200 dollar), onun reqazifikasiyası 0.5 milyard dollar (1 milyard kub.m üçün 75 dollar) və cəmi xərclər 6.25 milyard dollara başa gəlir. Göründüyü kimi, xərclərdə ən böyük pay qazın mayeləşdirilməsidir (52%). Hasilat 24%, nəqliyyat xərci 16%, reqazifikasiya 8% təşkil edir.

İnfrastruktur layihələrində Xəzər bölgəsinin önəmi

Aİ-nin prioriteti qaz infrastrukturlarına qaz anbar və limanları, maye qaz terminalları və mövcud qaz boru xətlərinə əlaqələndirici kəmərlərin çəkilişidir. Bunu Cənub Qaz Dəhlizinə daxil olan bir neçə layihədə görmək mümkündür. Külək, günəş, bioyanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər. Xüsusilə XX əsrin 70-ci illərindəki yanacaq böhranı dünya ölkələrini bərpa olunan enerji mənbələri üzərində fikirləşməyi məcbur etdi. Aİ-nin bərpa olunan enerji mənbələri üzrə 2008-ci ilin dekabrında qəbul edilmiş direktivində hər bir ölkənin bu enerjidən istifadə payını artırması və ümumilikdə birlik daxilində bu həcmin 2020-ci ilədək 8.5%-dən 20%-dək artırılması tələb edilir.

İllər üzrə mərhələli şəkildə bu artım aşağıdakı kimi olmalıdır:

2011 və 2012-ci illərdə orta 20%;

2013 və 2014-cü illərdə orta 30%;

2015 və 2016-cı illərdə orta 45%;

2017 və 2018-ci illərdə orta 65%.

Avropa İttifaqının gələcəkdə qaz istehlakı idxal hesabına artmaqda davam edəcək və bu tələbatın ödənilməsində Xəzər regionu, xüsusəndə Azərbaycan böyük rol oynayacaq. Xəzər regionunun dünya enerji məkanındakı yeri və rolu günü-gündən artır. Bu həm onunla bağlıdır ki, Xəzər hövzəsi ölkələri enerji resursları həcminə görə dünyanın ən əhəmiyyətli ikinci (Fars körfəzi regionundan sonra) geoiqtisadi bölgəsi hesab olunur, həm də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dünyada ən təhlükəsiz enerji məhsullarının dünya bazarlarına, istehlakçılara çatdırılması marşrutudur. Son onillikdə Qərbi Avropada, daha dəqiq desək, iqtisadiyyatı sürətlə inkişaf edən Avropa İttifaqında karbohidrogen ehtiyatlarına, xüsusən də təbii qaza olan tələbatın durmadan artması, Aİ-nin ən böyük qaz təchizatçısı olan Rusiyadan enerji asılılığı, 2006-cı ildən başlayan və 2009-cu ildə Avropaya qısa müddətə qaz verilişinin dayandırılması ilə nəticələnən Rusiya-Ukrayna qaz münaqişələrinin baş verməsi, Rusiyanın qitədə öz enerji şərtlərini diktə etməsi, geniş şaxəli təbii qaz marşrutlarının mövcud olmaması Avropa İttifaqını alternativ təbii qaz mənbələri, eləcə də təchizat marşrutlarını axtarmaq məcburiyyəti qarşısına qoydu. Bu hal Qərbin Yaxın Şərq, Xəzər və Mərkəzi Asiyanın zəngin qaz ehtiyatlarına malik dövlətləri ilə əməkdaşlığını şərtləndirdi. Nəticədə Mərkəzi Asiya və Xəzər region qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi qaz layihəsi irəli sürüldü.

“Hürriyyət”