Avropada qazın bahalaşması rekord həddə çatdı

378

Hurriyyet.org xəbər verir ki,  Avropada 2021-ci ilin ilk ticarət günü qazın son 23 ay ərzində maksimum bahalaşması ilə açılıb. Qazın spot qiyməti min kubmetr üçün 250 dollar həddini keçib.

Hollandiya sektorunda min kubmetr qazın qiyməti bu gün 253,5 dollar olub – bu isə 2019-cu ilin yanvarından bəri, yəni son 23 ay ərzində maksimum göstəricidir.

2020-ci ilin dekabrında min kubmetr qazın orta qiyməti 202 dollar, noyabrda isə 168 dollar olub. Avropada temperaturun aşağı düşməsi (ötən illərdə qış fəsilləri bundan xeyli isti keçmişdi), Rusiyadan və dənizin altından mayeləşdirilmiş halda gələn qazın məhdudlaşdırılması fonunda qaz kəskin bahalaşır.