Avropada Azərbaycanın milli dəyərləri təbliğ edilir – FOTOLAR

348
Qədim Ellada diyarında-Yunanıstanda Azərbaycanın milli dəyərləri təbliğ edilir.

Bu barədə  diaspora üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, bu ölkədə fəaliyyət göstərən “Qala” Yunanıstan – Azərbaycan Dostluq Cəmiyyəti bu işdə mühüm rol oynayır.

Belə ki cəmiyyətin ofisinin önündə Azərbaycanın milli dəyərlərini nümayiş etdirən plakatlar vurulub. Ofisdə Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında kitablar, o cümlədən, Qarabağ həqiqətlərini özündə əks etdirən nəşrlər sərgilənir.

“Bu işdə cəmiyyətin sədri Rəşid Məmmədov və qızı Salatın Məmmədli böyük rol oynayır”-deyə Elnur Eltürk bildirib.

Hurriyyet.org