“Avropa şirkətləri İrandan getməli olacaq” – MERKEL

    9

    “Bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq”.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bunu Almaniya federal kansleri Angela Merkel deyib.

    Kansler bildirib ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına hörmətlə yanaşır: “Saziş əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir”.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın əvvəlində ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını və tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.