Avropa ölkələrindən ABŞ-a QARŞI BİRGƏ HƏMLƏ

    9

    Hurriyyet.org xəbər verir ki, İngiltərə, Fransa və Almaniya birgə bəyanatla çıxış edərək ABŞ-ın İrana qarşı sanksiyalarına qarşı çıxıblar.

    Bir neçə gün bundan əvvəl ABŞ, 2015-ci ildə İranla imzalanan nüvə müqaviləsindən imtina elədiyini bəyan eləmişdi. ABŞ-ın müqavilədəki imzasından imtina eləməsindən sonra İrana qarşı tətbiq elədiyi ağır sanksiyalar Avropa ölkələrinin etirazları ilə qarşılanır.

    3 Avropa ölkəsi tərəfindən ABŞ-a ünvanlanan məktubda İranda fəaliyyət göstərən avropalı firmaların sanksiyalardan azad edilməsi tələb olunub.

    Avropa İttifaqı ilə Fransa, Almaniya və Böyük Britaniyanın maliyyə nazirləri və XİN rəhbərlərinin Amerikanın maliyyə naziri Stivün Mnuçinə göndərdikləri məktubda bildirilir ki, Vaşinqtonun Tehrana qarşı yenidən sanksiyalar tətbiq eləmək niyyəti Avropanın İranla imzalanan nüvə müqaviləsini qorumaq səylərinə mane olur.

    Hurriyyet.org