Avropa Liqasında növbəti mərhələnin püşkü atıldı

3

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Hurriyyet.org-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə gələn ay üz-üzə gələcək 8 cütlük müəyyənləşib.

Onlardan birində bu gün üz-üzə gələcək “Zalsburq”la “Ayntraxt” arasında duelin qalibinin rəqibi müəyyənləşib. Digər 7 cütdə isə hər iki komanda artıq bəllidir.

Qonşu Türkiyənin avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər” də rəqibini tanıyıb. İstanbul klubu 1/8 finalda “Kopenhagen” ilə görüşəcək. İlk matç evdə təşkil olunacaq.

Qeyd edək ki, 1/8 finalın oyunları martın 12-də və 19-da keçiriləcək.

Avropa Liqası
1/8 final

“Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka)

“Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə)

“Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya)

“Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna)

“İnter” (İtaliya) – “Xetafe” (İspaniya)

“Sevilya” (İspaniya) – “Roma” (İtaliya)

“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) cütünün qalibi – “Bazel” (İsveçrə)

LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə)

/apa/