Avropa Krımı Rusiya ərazisi kimi tanıyacaq? – Keçmiş prezidentdən ŞOK AÇIQLAMA

    24

    Ukraynanın sabiq prezidenti Petro Poroşenko hesab edir ki, Rusiya AŞPA-dakı əvvəlki mövqeyini bərqərar etməklə, Krımın Avropada Rusiya ərazisi kimi tanınması yolunda ilk addımını atdı.

    Hurriyyet.org BakuPost-a istinadən xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinin mayın 17-də Helsinkidə keçirilən iclasında Rusiyanın AŞPA-dakı səsvermə hüququ bərpa edildi. Moskva bu hüquqdan 2014-cü ildə – Krım yarımadasını ilhaq edəndən sonra məhrum olunmuşdu.

    Avropa Şurası Krımın ilhaqından sonra Rusiyanın səsvermə haqqını donduranda Moskva buna etiraz olaraq quruma üzvlük haqlarını ödəməyəcəyini bəyan etmişdi. Son iki ildir Rusiya üzvlük haqqını ödəməyi dayandırmışdı.

    Poroşenko həmçinin etiraf edib ki, Kiyev AŞPA-da Moskvaya qarşı sanksiyaların uzadılmasına çalışırdı və bu elə də asan olmayıb.

    "AŞPA-nın növbəti sessiyasında Ukrayna nümayəndə heyəti tərəfdaşlarla birləşərək, Rusiyaya qarşı sanksiyaların qaldırılmasına imkan verməyəcək"- sabiq prezident bildirib.