“Avropa İttifaqının məsuliyyəti öz üzərində götürmək vaxtı çoxdan çatıb” – ÇAVUŞOĞLU

3

Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrel ilə “qaçqın böhranı” ilə bağlı görüşündə Türkiyənin mövqeyini bildirib və Aİ-nin öhdəsinə məsuliyyət göstərməsini tələb edib.

Çavuşoğlu görüşdən sonra sosial mediadakı hesabında yazıb: “Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrelə Aİ-nin ölkəmizə verdiyi vədlərə əməl eləmədiyini, bu ağır yükü artıq təkbaşına çəkə bilmədiyimizi, Aİ-nin öhdəsinə məsuliyyət götürmək vaxtının çoxdan çatdığını bildirdim”.

Hurriyyet.org