Avropa İttifaqından xaosa səbəb olacaq QƏRAR! – RUSİYAYA QARŞI…

    6

    Aİ Rusiyaya qarşı sanksiyaların müddətini 6 ay uzadır

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Ukraynada qeyri-sabitliyə səbəb olduğu üçün Rusiyaya qarşı tətbiq elədiyi iqtisadi sanksiyaların müddətini daha 6 aylığa uzatmaq qərarı verib.

    Avropa İttifaqının üzvü olan 28 ölkənin dövlət və hökumət başçılarınının iyunun 28-29-da, Brüsseldə keçirilən Liderlər Sammiti barəsində açıqlama verən Aİ rəhbərliyi Rusiyanın Ukraynada qeyri-sabitliyə səbəb olması səbəbindən İttifaqın tətbiq eləməkdə olduğu iqtisadi sanksiyaların müddətini uzatmaq qərarını açıqlayıb.

    İqtisadi sanksiyalar

    Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Reslublikasını və Sevastopol şəhərini qanunsuz şəkildə işğal eləmişdi. Krımın Rusiya tərəfindən işğal edilməsi və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Avropa İttifaqı, ABŞ və bəzi ölkələr Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq eləməyə başlamışdılar.

    Avropa İttifaqı Rusiyaya qarşı sanksiya qərarını ilk dəfə 2014-cü ildə qəbul eləmişdi. Sanksiyalar üzündən Aİ üzvü olan 28 ölkə Rusiyaya silah satmır. Sanksiyalar vasitəsilə Rusiyanın neft və qaz sektorlarında istifadə edilən bəzi texnologiyaların Aİ ölkələrindən alınması məhdudlaşdırılır. Bundan başqa, Rusiyanın dövlət bankları Avropadakı maliyyə sektorundan kənarlaşdırılır.

    Xüsusilə də ticarət və investisiyalara qarşı məhdudlaşdırmalardan ibarət sanksiyalar hər 6 aydan bir uzadılır. Mövcud sanksiyaların müddəti 2018-ci il iyulun 31-də başa çatır. ABŞ-ın vəsaiti dondurmaq və səyahət qadağasından ibarət əlavə sanksiyaları da bir çox rusiya vətəndaşını və yüksək vəzifəli məmuruna ünvanlanıb.

    Hurriyyet.org