Avropa İttifaqından qalmaqallı Türkiyə qərarı – 75 FAİZ MƏHDUDLAŞDIRDILAR

21

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizindəki qanuni neft-qaz kəşfiyyatı fəaliyyətini qəbul edə bilməyən Avropa İttifaqı qalmaqallı bir qərar verib. Avropa İttidaqına üzvlük ərəfəsində Türkiyəyə verilməsi planlaşdırılan yardımlar kəskin şəkildə azaldılıb.

Alman mətbuatı Avropa İttifaqının Şərqi Aralıq dənizindəki qazıntı işləri və Suriyadakı hərbi əməliyyatlar ilə əlaqədar Türkiyəyə verilməsi planlaşdırılan üzvüyə hazırlıq yardımlarını 75 faiz azaltdığını yazıb.

“Funke Mediengruppe” nəşri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel tərəfindən Avropa parlamentinə göndərilən məktubdan xəbərdar olub. Məktubda Türkiyəyə verilməsi nəzərdə tutulan yardımların 75 faiz azaldılacağı deyilir.

Beləliklə, Aİ Türkiyəyə sadəcə 168 milyon avro yardım edəcək. Bu məbləğin 150 milyon avrosu demokratiyanın və hüququn üstünlüyünün gücləndirilməsinə, qalan 18 milyon avro isə kənd təsərrüfatının inkişafına xərclənəcək.

Səbəb

İspan siyasəti Avropa İttifaqının yardımı kəsməyinin səbəbinin Türkiyənin Suriyanın şimal-şərqində terrorçulara qarşı apardığı Barış bulağı əməliyyatı və Kipr adasının sahillərindəki qazma işləri olduğunu bildirib.

Hurriyyet.org