Avropa İttifaqı Türkiyəyə qarşı SANKSİYALARA HAZIRLAŞIR!

    6

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri bu gün Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı Türkiyəyə qarşı tətbiq edilməsi planlaşdırılan sanksiyaları müzakirə edəcək.

    Avropa İttifaqı ölkələri Türkiyənin regionda təbii qaz axtrış faliyyətini “qanunsuz” hesab edir. Türkiyəyə qarşı tətbiq edilməsi planlaşdırılan sanksiyalar arasında Aviasiya Müqaviləsi ilə bağlı aparılan müzakirələrin təxirə salınması, Aİ yardımlarının məhdudlaşdırılması və Avropa İnvestisiya Bankı vasitəsilə verilən kreditlərin məhdudlaşdırılması var. Türkiyənin adanın ətrafında qaza işləri aparmasından narahat olan Cənubi Kipr Yunan Respublikası Avropa İttifaqının üzvüdür.

    Aİ bu sanksiyalarla Ankaraya təzyiq göstərərək, Türkiyənin Kipr sajillərində təbii qaz axtarışı fəaliyyətlərinə son qoymaq niyyətindədir. Lakin Türkiyə qazma işləri apardığı bölgənin qitə şelfi (şelf – qitənin 200 metrəyə qədər dərinlikdə sualtı davamı) olduğunu bildirərək, Şərqi Aralıq dənizində axtarış aparmaq hüququ olduğunu bildirir.

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə Şimali Kipr Türk Respublikasında dərc olunan “Kıbrıs Postası” qəzetinə müsahibəsində Cənubi Kipr hakimiyyətini kiprli türklərin təbii mənbələr üzərindəki hüquqlarına məhəl qoymamaqda və Türkiyənin qitənin şelflərindəki beynəlxalq hüquqa əsaslanan hüquqlarını pozmaqda ittiham edib, Şərqi Aralıq dənizində təbii qaz axtarışı fəaliyyətinə qətiyyətlə davam edəcəklərini bildirib.

    Şimali Kiprin lideri Mustafa Akıncı ötən həftənin sonunda verdiyi açıqlamada Cənubi Kipr hakimiyyətini Kipr adasının ətrafındakı hidrokarbon mənbələrini araşdırmaq üçün ortaq komitə qurmağa çağırmışdı.

    Hurriyyet.org