Avropa İttifaqı nüvə müqaviləsinə sadiq qalacaq

    12

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının Energika məsələləri üzrə Avropa komissarı Migel Arias Kanyete Avropa İttifaqının Tehranla nüvə müqaviləsinə tam sadiq qalacağını, İranla iqtisadi münasibətlərinin gələcəkdə inkişaf etməsinə ümidvar olduğunu bildirib.

    Tehranda İranın atom enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi ilə görüşdən sonra çıxış edən Kanyete bəyan edib. O qeyd edib ki, danışıqlar dayandırılması “faciəvi” nəticələrə gətirə bilərdi.

    Kanyete deyib: “Biz bir tərəfdən ABŞ saksiyalarının Avropa biznesinə təsirini azaltmaq, digər tərəfdən də Avropa İttifaqı ilə İran arasındakı ticarət və iqtisadi əlaqələrin inkişafını təmin eləmək istəyirik… Biz iqtisadi sazişin saxlanılmasına tamamilə sadiqik”.

    Hurriyyet.org