Avropa İttifaqı İsraili yaşayış məntəqələrinin tikintisindən imtina etməyə çağırdı: “ADDIMLAR ATACAĞIQ”

    15

    Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı İsraili yaşayış məntəqələrinin tikintisini dayandırmağa çağırıb.

    Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerinin açıqlanmasında deyilir: “Avropa İttifaqı Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və Fələstin torpaqlarının İsrail tərəfindən ilhaq ediləcəyi təqdirdə zəruri addımlar atacaqdır”.

    Fələstin torpaqlarının ilhaq edilməsi barəsində bəyanatların verildiyi halda, İordaniyada növbəti yəhudi yaşayış məntəqəsinin yaradılması planının Tel Əviv tərəfindən qəbul edilməsi diqqətə çatdırılır.

    Avropa İttifaqı Fələstin torpaqlarındakı, o cümlədən Qüdsün şərqindəki bütün yəhudi yaşayış məntəqələrinin beynəlxalq hüquq normalarının pozularaq tikildiyini bildirir və İsraili bu istiqamətdə siyasi fəaliyyəti dayandırmağa çağırır.

    Açıqlamada bildirilir ki, Fələstin torpaqlarının qəsb edilməsi Yaxın Şərqdəki sabitliyə və münaqişələrin dinc yolla nizamlanmasına zərbə vuracaq.

    Hurriyyet.org