“Avropa İttifaqı ilə münasibətlər Azərbaycan üçün prioritetdir” – XİN başçısının müavini

    12

    “Avropa İttifaqı ilə münasibətlər Azərbaycan üçün prioritetdir”.

    Hurriyyet.org xəbər verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

    O qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İttifaqının ən böyük ticarət tərəfdaşıdır: “Avropa İttifaqı ilə imzalanacaq yeni sazişlə bağlı müzakirələr aparılıb. Azərbaycan üçün əsas məsələ öhdəliklərin yerinə yetirilməsidir. Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi əməkdaşlığa təkan verir. Biz Avropa İttifaqı ilə demokratiya və digər məsələlərlə bağlı razılığa gəlmişik”./report/