Avropa Birliyi və NATO naminə öz adını dəyişməyə məcbur olan ölkə: MAKEDONİYA

    6

    Dünya xəritəsində “İlinden Makedoniyası” adlı dövlət peyda ola bilər

    Makedoniya Respublikasının baş naziri Zoran Zayev öz ölkəsinin adını “İlinden Makedoniya Respublikası” adlandırmağı təklif edib. Baş nazir bununla Yunanıstanla onilliklərdir ki, davam edən mübahisəyə son qoymaq niyyətindədir. Makedoniya hökuməti NATO və Avropa Birliyinə üzvlük ilə bağlı ümidlərindən əl çəkmək istəmir. Lakin bundan ötrü rəsmi Afinanın razılığı tələb olunur. Hər iki ölkə Böyük İsgəndərin Makedoniyasının tarixi irsinə iddia edir.

    Makedoniya baş naziri Zoran Zayev məsələ ilə bağlı niyyətini hələ keçən həftənin şənbə günü bəyan edib. Zayevin ölkə üçün fikirləşdiyi “İlinden Makedoniya Respublikası” adı isə Osmanlı Türkiyəsinə qarşı başladılan üsyanla bağlıdır.

    Картинки по запросу ilinden macedonia name

    Makedoniya 1903-cü ildə Türkiyədən qopmaq üçün mücadiləyə başlayıb. Avqustun 2-də baş verən bu hadisə tarixə “İlinden üsyanı” kimi düşüb. Hazırda bu gün Makedoniyanın əsas dövlət bayramı – Respublika günü sayılır.

    Картинки по запросу ilinden macedonia

    Yunanıstan müxalifəti təklifə olduqca soyuq yanaşıb. Lakin ölkə rəhbərliyi bu ideyanın əleyhinə deyil.

    “Biz bu tarixi imkanı əlimizdən qaçırmamalıyıq. Gəlin, finiş xəttinə az qalmış axmaq addımlar atmayaq”, – deyə baş nazir Aleksis Tsipras jurnalistlərə bildirib.

    İşə hətta ABŞ rəhbərliyi də qarışıb. ABŞ-ın vitse-prezidenti Maykl Pens Yunanıstan baş naziri ilə söhbətində Makedoniya məsələsinin həllinin vacib olduğunu vurğulayıb. Siyasi ekspertlər bunu Ağ Evin Makedoniyanı Rusiyaya qapdırmamaq naminə onu mütləq NATO-da görmək istəməsi ilə izah edirlər.

    Картинки по запросу mike pence tsipras

    Makedoniya və Yunanıstan arasında “ad müharibəsi” keçmiş Yuqoslaviya dağıldıqdan sonra başlayıb. Bu ölkələr arasında vaxtilə hətta rəsmi diplomatik münasibətlər belə, olmayıb.

    Yalnız 2017-ci ildə Yunanıstan və Makedoniya dövlətləri arasında problemlərin həll olunması ilə əlaqədar bir sıra addımlar atılıb. Bununla bağlı Makedoniya “Böyük İsgəndər” adlandırılan hava limanının və paytaxt Skopyenin əsas küçəsinin adını belə, dəyişib.

    Skopje Alexander the Great Airport.jpg

    Makedoniya 1995-ci ildən bu yana Yunanıstan rəhbərliyini hər vəchlə razı salmağa çalışır. Məsələn, 1995-ci ildə keçirilən referendumla makedonlar ölkə konstitusiyasında dəyişikliklər edərək, bayraqlarındakı qədim yunan simvolu sayılan “Vergin Günəşi”ni ləğv ediblər, üstəlik, ölkənin adını “Keçmiş Yuqoslaviya Respublikası Makedoniya” olaraq, dəyişdirib. Lakin bu belə rəsmi Afinanı qane etməyib.

    Картинки по запросу alexander of macedon

    İndiyə qədər də Makedoniya əhalisi Böyük İsgəndər və onun atası Filipin yunan deyil, makedon olduğunu iddia edir./musavat.com/