“Avropa Birliyi ilə maraqlarımızı birləşdirəcəyik” – TRAMP

    24

    Amerika prezidenti Donald Tramp Ümumdünya Ticarət Təşkilatına ABŞ-la münasibət məsələsində xəbərdarlıq edib və bildirib ki, qurumun onlara münasibəti dəyişməyəcəyi təqdirdə ABŞ başqa cür davranacaq.

    Hurriyyet.org xəbər veriri ki, Hollandiya prezidenti Mart Rutte ilə görüşündə qəzetçilərin suallarını cavablayan Tramp Amerikanın ÜTTdən çıxacağı haqda fikirlərin yalan olduğunu vurğulayaraq qurumun öz fəailiyyətində dəyişikliklər etməli olduğunu bildirib: “ÜTT Amerikaya çox pis davranır və ümid edirəm ki, onlar öz fəaliyyətlərində dəyişiklik edəcəklər. Hazırda bu məsələ ilə bağlı heç nə planlaşdırmırıq. Amma ÜTT ABŞ-a uyğun şəkildə davranmasa, biz müəyyən addımlar atacağıq”.

    ABŞ lideri yaxın vaxtlarda Avropa Birliyi ilə bir araya gələcəklərini də bəyan edib: “Yaxın zamanlarda AB ilə bir araya gələcəyik. Bir yol olub-olmayacağını bilmək istəyirəm”.

    ABŞ və Avropa ticarət mövzusunda bir araya gələcəklər

    Xatırladaq ki, Trampın iki blok arasında ticarət AB komissiyası Amerika Ticarət Nazirliyinə məktub göndərib. Mətbuata sızan məktubda ABŞ tərəfindən avtomobil və avtomobil hissələrinə əlavə gömrük vergisi tətbiq edilməsinin lazımsız və iqtisadi cəhətdən anlamsız olduğu, polad və alüminumla bağlı rüsum tətbiq ediləcəyi təqdirdə proqnozlara görə ABŞ-ın Avropa avtomobilləri və ehtiyat hissələrinə yüzdə 25 nisbətində əlavə gömrük vergiləri tətbi etməsi qərarının 294 milyard dollara çatan əks tədbirlərə səbəb olacağı bildirilmişdi.

    Hurriyyet.org