Avropa Şurası Azərbaycana qarşı xüsusi proseduru dayandırdı

102

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi proseduru dayandırıb. Prosedur Avropa İnsan Hüquqları Məhkəməsinin siyasətçi İlqar Məmmədovla bağlı qərarının icra olunmamasına görə başladılmışdı.

Apreldə Ali Məhkəmə İlqar Məmmədov və onun partiyadaşı Rəsul Cəfərovun məhkumluqlarını götürüb, onlara qanunsuz həbslərinə görə kompensasiya ödəyib.

“Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq Avropa Şurası üzvləri Strasburq məhkəməsinin qərarlarını icra etməyə borcludurlar. Xüsusi prosedurdan görünməmiş istifadə və onun uğurla nəticələnməsi üzvlərimizin bu öhdəliyə çox ciddi yanaşdığını göstərir”, – Baş katib Mariya Pejçinoviç Burić deyib. “Bu eyni zamanda onu göstərir ki, konvensiya sistemi adamların həyatında real dəyişiklik yaratmaq və qitəyə pozitiv dəyişikliklər gücündədir”, – o bildirib.

Avropa Şurası Nazirlər Komitəsi də sözügedən işləri, həmçinin xüsusi prosuduru bağladığını bildirir.