Avropa Liqası: “Qarabağ”ın qrupdakı rəqibləri bilindi

9

Dünən Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə təmsilçimiz “Qarabağ”ın da rəqibləri müəyyənləşib.

Püşkatmaya ilk dəfə 2-ci səbətdən qoşulan Ağdam klubu İspaniyanın “Vilyarreal”, İsrailin “Makkabi” (Təl-Əviv) və Türkiyənin “Sivbasspor” komandaları ilə birlikdə I qrupunda yer alıb.

UEFA Avropa Liqası

I qrupu

“Vilyarreal” (İspaniya)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Sivasspor” (Türkiyə)

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 22-də və 29-da, noyabrın 5-də və 26-da, həmçinin dekabrın 3-də və 10-da keçiriləcək.