Avropa Komissiyası rəqəmsal nəhənglərə nəzarəti sərtləşdirəcək

60

Avropa Komissiyası dünyanın nəhəng rəqəmsal şirkətləri üzərində nəzarəti gücləndirmək niyyətindədir.

“APA-Economics” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə daxili bazar üzrə Avropa Komissarı Tyerri Breton “Financial Times”a bildirib.

“Bu platformalar üzərində daha yaxşı nəzarətə ehtiyacımız var”, – o qeyd edib.

Onun sözlərinə görə, söhbət “Google”, “Amazon”, “Facebook” və “Apple” kimi platformalardan gedir.

Belçikanın “Belga” agentliyinin məlumata görə, bu ilin sonunadək Avropa Komissiyası dezinformasiya ilə mübarizə və fərdi məlumatların qorunması kimi məsələlərdə böyük platformaların fəaliyyətinə daha yaxşı nəzarət etməyə imkan verən yeni qaydalar tətbiq edəcək. Bu qaydalar yalnız Avropa İttifaqındakı istehlakçıları deyil, rəqəmsal nəhənglərin daha kiçik rəqiblərini də qoruyacaq. Həmçinin qaydalarda platformaların istifadəçilərə yalnız öz göstərdikləri xidmətlərdən yararlanmağı məcbur etdiyi təqdirdə sanksiyalar nəzərdə tutulur.