Avropa İttifaqının Yunanıstanla bağlı açıqlaması: “QƏBULEDİLMƏZDİR!”

45

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Yunanıstanın qaçqınları “geri qaytarmasının” qanun pozuntusu olduğunu bəyan edib. Avropa Parlamentinin vəkilləri isə bu cür davranışın qəbuledilməz olduğunu söyləyiblər.

Avropa İttifaqı Komissiyasının Daxili İşlər üzrə nümayəndəsi İlva Yuhansson Yunanıstanın qaçqınlarla davranışı ilə bağlı bütün iddiaların araşdırılmalı olduğunu, bu cür davranışığın qadağan olduğunu bildirib.

Yuhansson Avropa Parlamentinin Mülki Azadlıqlar, Ədalət və Daxili İşlər Komitəsinə müraciət edib. O, diqqəti Avropa İttifaqı Komissiyasının üzv ölkələrdə hüquq pozuntularının istintaqı səlahiyyətinə malik olmadığına cəlb edərək deyib: “Yunanıstan sərhədində qaçqınların geri qaytarılması və hüquq pozuntuları ilə bağlı çox sayda hesabat vardır. Avropa sərhədlərimizi hüquqları pozaraq qoruya bilmərik”.

Avropa Sərhəd və Sahil Təhlükəsizlik Agentliyinin (FRONTEX) sərhəddə çox mühüm rol oynadığını vurğulayan Yuhansson insan hüquqlarının pozulmasına nəzarət eləmək üçün yeni bir mexanizmə ehtiyac olduğuna işarə vurub. Yuhansson deyib: “Yunanıstanın əlaqədar orqanlarından bütün qanundankənar fəaliyyətlərə nəzarət eləmələrini tələb edirəm. Hər kəsə sığınacaq hüququ verilməyə bilər, lakin hər kəsə qarşı dəyərlərimizə uyğun davranmalıyıq”.

Avropa Parlamentindəki müxtəlif siyasi qruplardan olan millət vəkilləri Yunanıstanın qaçqınlara qarşı münasibətinin qəbuledilməz olduğunu, bundan narahatlıq keçirdiklərini və Avropa İttifaqı Komissiyasının addım atmalı olduğunu bildiriblər.

Hurriyyet.org