Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

39

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini daha bir illiyə uzadıb. Aİ Şurasının açıqlamasında deyilir: “Krım yarımadasının qanunsuz şəkildə qəsb edilməsi ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların müddəti 2021-ci il 23 iyun tarixinə qədər uzadılıb”.

Sanksiyalar Avropa İttifaqınln vətəndaş və şirkətlərinin Krımda, o cümlədən, Sevastopolda fəaliyyətini məhdudlaşdırmağı,  həmçinin, qəsb edilmiş yarımadada istehsal edilən məhsulların Avropa İttifaqına idxalının qadağan edilməsini nəzərdə  tutur.

Həmçinin, Avropa İttifaqına istehsal edilən məhsulların Krıma ixrac edilməsi qadağan edilir. Qaz və neft kəşfiyyatı ilə hasilatına yönəldilmiş texnologiyaların tədarük edilməsi də məhdudlaşdırılıb.

Aİ-nin vətəndaşları və şirkətləri Krımda və Sevatopolda daşınmaz əmlak ala, yarımadada maliyyə xidmətləri göstərə bilməzlər.

Bəlli olduğu kimi, 2014-cü ilin mart ayında Rusiya Ukraynaın tərkibində olan Krım respublikası ilə Sevastopol şəhərini ilhaq edib.

Krımın işğalından və Ukraynanın şərqində baş vermiş hadisələrdən sonra Aİ, ABŞ və bir sıra başqa ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq eləməyə başlayıblar.

Hurriyyet.org