Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

273

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Ukraynada qeyri-sabitlik yaratdığı üçün Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini daha 6 ay müddətinə uzadıb.

Brüsseldə keçirilən Avropa İttifaqı Liderlər sammiti zamanı Avropa Şurası sədrinin mətbuat nümayəndəsi Barend Leyts sosial şəbəkədə açıqlama verərək, Rusiyanın Ukraynada vəziyyəti ağırlaşdırdığı üçün ona tətbiq edilən sanksiyaların uzadılmasının qərara alındığını bildirib: “Aİ Şurası Rusiyaya qarşı sanksyaların vaxtının uzadılmasını qərara aldı”.

2014-cü il 18 mart tarixində Rusiya Krım Muxtar Respublikasını və Sevastopol şəhərini qanunsuz şəkildə işğal etmişdi. Krımın Rusiya tərəfindən işğal edilməsindən və Ukraynın şərqində Rusiya dəstəkli separatizmin baş qaldırmasından sonra Aİ, ABŞ və bəzi ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq eləməyə başlayıblar.