Avropa İttifaqı: “Qırğızıstandakı böhranın həllində əsas rolu Prezident Sooronbay Jeenbekov oynayacaq”

42

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının Qırğızıstandakı nümayəndəsinin bu gün yaydığı bəyanatda ölkədə parlament seçkilərindən sonra baş vermiş siyasi böhranın nizamlanmasında Prezident Sooronbay Jeenbekovun əsas rol oynadığı bildirilir.

Açıqlamada deyilir: “Avropa İttifaqı əvvəlki kimi Qırğızıstan Respublikasının qanuni hakimiyəti ilə əməkdaşlığa sadiqdir və indiki böhranlı vəziyyətin həllində prezidentin açar rolu oynadığını vurğulayır. Bu həll özündə bütün qüvvələrlə hərtərəfli dialoqu və ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Bürosunun müşahidəsi altında, beynəlxalq standartlara uyğun şəkildə yeni, azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün şərait yaradılmasını ehtiva edir”.