Avropa İttifaqı qarışdı: Almaniyadan gələn şok qərarla fövqəladə toplaşırlar

45

Koronavirus pandemiyası səbəbilə çətin günlərdən keçən və dağılma mübahisələri ilə qarşı-qarşıya qalan Avropa İttifaqını şoka salacaq daha bir qərar Almaniyadan gəlib.

Alman hakimlər Avropa Mərkəzi Bankının Bundesbankın 2,7 trilyon avroluq aktivlərinin alınması proqramlarına qatılması üçün atdığı bəzi addımların ölkənin konstitusiyasına zidd olduğunu bildirib.

Hakimlər AMB-nin addımlarının Avropa İttifaqının müqavilələri ilə dəstəklənmədiyinə qərar verib. Sözügedən qərar maliyyə genişlənməsini və Pandemiyada Təcili Qəbul Proqramını əhatə etmir. Qısası, artıq almanların pulu ilə nəyin bahasına olursa-olsun, Avropa İttifaqı ölkəsini xilas etmək konstitusiyaya zidd sayılacaq.

AMB-yə sözügedən proqramın səbəblərini açıqlamaq üçün 3 ay müddət verən məhkəmə əks təqdirdə, Almaniya Mərkəzi Bankının proqrama qatılmayacağına hökm edib.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı 2015-ci ildə başlayan proqram çərçivəsində Avro Bölgəsi ölkələrindən 2 trilyon avrodan çox təhvil alışı gerçəkləşdirib. Sözügedən proqram Almaniyada kəskin şəkildə tənqid olunub, bir qrup siyasətçi və akademik proqram haqqında hüquqi proses başladıb.

Almaniya Konstitusiya Məhkəməsinin AMB-nin ictimai aktivlərin alınması proqramının konstitusiyanı qismən pozduğu istiqamətində verdiyi qərardan sonra Avropa Mərkəzi Bankının İdarə Şurası fövqəladə iclas keçirilməsinə qərar verib.

Bankın mətbuat katibi iclasın Bakı vaxtilə saat 20:00-da başlanacağını açıqlayıb. \\Publika