Avropa Birliyi də yenə Minsk Qrupunu prosesə qoşmaq istəyir – Brüsseldə müzakirələr gedir

423

Bu gün – dekabrın 18-də Brüsseldə Avropa Birliyi – Azərbaycan Əməkdaşlıq Şurasının iclası keçirilib. AB-nin xarici siyasət rəhbəri Cozep Borrel iclasdan öncə deyib ki, bu, ikitərəfli münasibətlərin əsas elementlərinin, eləcə də Azərbaycanın islahatlarının nəzərdən keçirilməsi üçün fürsət olacaq.

“Dünən Ermənistanla eyni iclas gerçəkləşdi, bu gün Azərbaycanladır. Təəssüf ki, iki ölkə arasındakı vəziyyətin çətinliyi hər hansı ümumi əlaqənin yaradılmasını mümkünsüz elədi”, – Borrel deyib.

AB rəsmisi blokun Azərbaycanın birinci ticarət tərəfdaşı vəən böyük xarici investoru olduğunu bildirib.

“Biz bu ölkədə islahatların həyata keçirilməsində, iqtisadiyyatını modernləşdirməkdə, idarəetmə institutlarını möhkəmləndirməkdəəsas tərəfdaşıq. Münasibətlərimizdəki hər şeyi müzakirə edəcəyik: koronavirusun təsirini vəəlbəttə ki, Dağlıq Qarabağ regionunda son irimiqyaslı əməliyyatları”, – Borrel vurğulayıb.

O, Rusiyanın vasitəçiliyi ilə noyabrın 10-da əldə olunmuş atəşkəsin davam etdiyini, ancaq bəzi hallarda pozulduğunu qeyd edib.
“Biz atəşkəsə tam sayqı göstərilməsini, ATƏT-in Minsk qrupu formatında danışıqlara başlanmasını xahiş edəcəyik. İnanıram ki, Avropa Birliyi regionda barışıq, bərpa və sülhün möhkəmləndirilməsində vacib rol oynaya, Minsk qrupunun işini tamamlaya bilər”, – AB rəsmisi eyib.

Borrel bir gün öncə Brüsseldə Ermənistanın Xarici işlər naziri Ara Ayvazyan ilə görüşdən sonra brifinqdə deyib ki, AB Minsk qrupunun səylərinəəlavə olaraq danışıqlar prosesinə kömək edə bilər.

Göründüyü kimi, Avropa Birliyi 28 il münaqişənin həlli istiqamətində heç bir addım atmayan Minsk qrupunu yenidən prosesə qoşaraq, ermənilərin maraqılarını təmin etməyə çalışır. \\AzPolitika.info