ATV-nin xəbər aparıcısının koronavirusa yoluxan anası XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

234

Xəbər verdiyimiz kimi, ATV-nin xəbər aparıcısı Pərvin Əsgərlinin anası koronavirusa yoluxub.

Hurriyyet.org bildirir ki, News24.az-a açıqlama verən aparıcı hazırda anasının xəstəxanaya yerləşdirildiyini bildirib: “Anamın ağciyərində problemləri olduğundan risk qrupunda olanlardan sayılır. O, İkitərəfli pnevmaniya keçirib və COVİD- 19 virusuna yoluxdu. Harda və necə yoluxduğunu bilmirəm. Vəziyyəti getdikcə ağırlaşdı və nəfəs ala bilmirdi artıq. Evdə isə nəfəs ala bilməsi üçün biz ona yardım edə bilmirdik. Halsızlıq, ishal, öskürək qızdırma onu əldən salırdı. Artıq dünən xəstəxanada yer tapıldı və Bakı Sağlamlıq Mərkəzinə yerləşdirdik. Həkimlərin nəzarəti altındadır. Tez tez əlaqə saxlayıram. Həkimləri bildirir ki, vəziyyəti orta stabildir. Oksigen verilir. Ağır antibiotiklər alır. Amma bu xəstəlik hər an xəstənin vəziyyətini dəyişdirə bilər. Həkimlərin dediyinə görə etap etap müalicəsi aparılmalıdır. Anamla ciddi şəkildə maraqlanırlar. Allah bütün xəstələrə şəfa versin. Çox ağır virusdur. Hər kəs özünü və doğmasını qorusun. Ani ehtiyatsızlıq ağır nəticəyə gətirib çıxara bilir. Mən özümü qorusam da anamı qoruya bilmədim. Və onun gözümün önündə necə əziyyətlər çəkdiyini gördüm. Kaş ki özüm yoluxardım, amma anama heç nə olmazdı. Onun yaşı çoxdur və xəstəliklə mübarizəsini çətinləşdirir”.