ATV-dən koronavirusa yoluxan əməkdaşları ilə bağlı AÇIQLAMA

48

“Azad Azərbaycan” Teleradio və Yayım Şirkəti (ATV) əməkdaşlarının koronavirusa yoluxması ilə bağlı məsələyə aydınlıq gətirib.

Hurriyyet.org xəbər verir ki, “Azad Azərbaycan” MTRK-nın icraçı direktoru İsmayıl Həsənov unikal.org-a açıqlamasında bildirib ki, hazırda hər iki əməkdaşın vəziyyəti stabildir:

“Bizim əməkdaşlardan biri qeyri-iş vaxtı hərarəti olduğuna görə, təcili tibbi yardım stansiyasına müraciət edib. Ondan test götürülüb. İlkin nəticə pozitiv çıxıb. Hazırda o, karantindədir. Koronavirusun tam təsdiq olunmağı üçün ikinci testin nəticəsini gözləyirik. Yəqin ki, bir həftəyə ikinci test götürüləcək. Ümid edirik ki, ikinci testin nəticəsi neqativ çıxacaq. ATV Telekanalı dezinfeksiya işlərinə ciddi diqqət edir. Bütün studiyalar, inzibati bina dezinfeksiya olunur. Hər hansı bir əməkdaşda koronavirusun əlaməti olarsa onlar da test olunacaq. Digər əməkdaşların səhhətində hər hansı dəyişiklik müşahidə olunmayıb”.