“ATU-ya qarşı qərəzli kampaniya aparır” – UNİVERSİTETDƏN KEÇMİŞ ƏMƏKDAŞIN İTTİHAMLARINA CAVAB

    30

    “Hürriyyət” qəzetində və Hurriyyet.org saytında Azərbaycan Texnologiya Universitetinin (ATU) keçmiş əmkdaşı Azər Allahverdiyevin şikayət məktubu əsasında “ATU-nun keçmiş əməkdaşından prezidentə növbəti müraciət” sərlövhəli yazı dərc olunmuşdu. Dünən ATU-nun mətbuat xidmətindən redaksiyamıza daxil olan məktubda şikayətçinin ittihamlarının əsassız və qərəzli olduğu vurğulanır:

    “Yayımladığınız xəbərdə Allahveridyev Azər Abbas oğlunun qərəzli kampaniya aprdığı açıq-aydın görünür. Azərbaycan Texnologiya Universiteti olaraq nəzərinizə çatdırırıq ki, Allahveridyev Azər Abbas oğlu 16.11.2018-ci il tarixdə Azərbaycan Texnologiya Universitetinin İdman Klubunun operatoru vəzifəsinə bərpa edilməklə, 30.10.2017-ci il tarixdən 16.11.2018-ci il tarixinədək olan müddət üzrə boşdayanma ödənilib.

    Bu barədə yaşadığı Gəncə Şəhəri, M.Hacıyev 13a, mənzil 12 ünvanına 21.11.2018-ci il tarixdə rəsmi bildiriş göndərilib, lakin qeyd olunan ünvanda heç kim omadığından göndərilmiş bildiriş Azərbaycan Texnologiya Univeristetinə geri qaytarılıb.

    23.11.2018- ci il tarixində təkrar həmin ünvana Allahveridyev Azər Abbas oğlunun Qanunverciliyin tələblərinə uyğun olaraq Azərbaycan Texnologiya Univeristetinin İdman Klubunun operatoru vəzifəsində işə gəlməsi zərurəti yaranmasına dair məktub göndərilib.

    Onun iddia etdiyi digər məsələlər isə vaxtilə aidiyyatı qurumlar tərəfindən araşdırılıb və öz təsdiqini tapmayıb.

    Hörmətlə, Mətbuat Xidməti”.

    Hurriyyet.org