Atlantik Şurası Putinin ciddi strateji uğursuzluğunu bəyan etdi: “Uğursuzluq qaçılmazdır”

828

“Şimal Axını 2-nin uğursuzluğu qaçılmazdır. Atlantik Şurası mütəxəssislərinin fikrincə, ABŞ-ın yeni sərt sanksiyalarının həyata keçirilməsi şəxsən Putin üçün ciddi strateji uğursuzluqdur. ABŞ-ın “Şimal axını-2”-yə qarşı sanksiyaları da əhatə edən 2021-ci il müdafiə büdcəsinin qəbulu, boru kəməri biryolluq dəfn oluna  biləcəyi anlamına gəlir: ya kəmərin inşaatı  tamamlanmayacaq, ya da inşa olunsa belə, istifadəyə verilə  bilməyəcək. “Bu qanunun geosiyasi əhəmiyyətini tam qiymətləndirmək mümkün deyil. Bu, Putinin ən vacib enerji layihəsinin demək olar ki, qaçılmaz ölümü deməkdir”, deyə analitiklər dərc olunan sənəddə qeyd edirlər. Beləliklə, Moskva üçün kəmərin istismarı lisenziyası və sığortası əlçatmaz olacaq, çünki dünyada heç bir şirkət ABŞ Maliyyə Nazirliyinin qara siyahısına düşmək riskini gözə ala bilməz – bu avtomatik iflas deməkdir. Lisenziyasız və sığortasız boru kəməri işə başlaya bilməz. “Yeni sərt ABŞ sanksiyalarının tətbiqi Putin və Qazprom üçün ciddi strateji uğursuzluq deməkdir” deyən müəlliflər, Rusiyanın bu boru kəmərinə onsuz da 11,6 milyard dollar sərmayə qoyduğunu qeyd etdilər. Beləliklə, bu böyük məbləğ Baltik dənizinin dibində “dəfn edildi”.

Tərcümə etdi: Ülviyyə Şükürova