Atışmadan sağ çıxan jurnalistlər Trampa “DUALARINA TÜPÜRÜM” dedilər

    21

    Amerikanın “Capital Gazwette”-nin əməkdaşları Fil Devis və Selena San Feliç redaksiyanın ofisində baş verən atışmadan sonra müsahibə veriblər.

    Onlar müsahibədə silahlı basqın zamanı yaşadıqlarını anladıblar. Fil deyir ki, həmin dəqiqələrdə öldürüləcəyi qorxusuyla stolun altına girib: “O anda ağlımdan bircə şey keçdi, görən hamını öldürəndən sonramı gedəcək?”

    San Feliç isə göz yaşı içərisində yarım saat ərzində dostlarının və həmkarlarının necə öldürüldüyünün şahidi olduğunu anladıb. O, eyni zamanda ABŞ prezidenti Donald Trampın “Tvitter”də yazdığı atışmada dünyasının dəyişənlərin ailələrinə və salamat çıxanlara dəstək verilməsini istəməsinə, eləcə də prezidentin “onlar üçün dua edəcəm” deməsinə reaksiya verib: “Mən siyasətə qarışmaq istəmirəm. Bizə dualarınızıdan daha çox şey lazımdır. Belə vəziyyətdə bir-birimizə verə biləcəyimiz şey yalnız duadırsa, o zaman bu nə cəmiyyətdir biz yaşayırıq? Əgər bizə ondan artıq şey verə bilmirsizsə, tüpürüm o dualara".

    Xatırladaq ki, “Capital Gazette”-in redaksiyasında atışma ayın 28-də baş verib. Silahlı şəxs redaksiyanın ofisinə girərək əməkdaşları güllələyib. Onlardan 5-i həyatını itirib.

    Altunay, Hurriyyet.org