“Atamın gözləri tutuldu, yaddaşı getdi” – Namiq Qaraçuxurlu / VİDEO

10

Meyxanaçı Namiq Qaraçuxurlu “Zaurla Günaydın” verilişində qonaq olub.

İfaçı karantin günlərində atasının səhhətinin pisləşdiyini deyib:

“İlk aylar yaxşı idim: istirahət, idman, yazı-pozu. Son günlər pis keçirirəm. Karantin artıq psixoloji mənə təsir edir. Maddi sıxıntım yoxdur, xərcimi bilən adamam. Ev təmir etmək istəyirdim, onun üçün pul yığmışdım. Karantin düşdü, təmir qaldı. Mən də həmin yığdığımı az-az xərcləyirəm.

Atamın səhhəti pisləşdi. 65 yaşdan yuxarıların küçəyə çıxmamaq qadağası ona problem yaratdı. Gözləri tutuldu, yaddaşı getdi. Başında herpes çıxmışdı, çirk gözünə tökülüb. Sakit dayanan adam deyil, düşüb həyətdə işləyib. Başına elə iş gəlib. İndi bir az yemək yeməyə başlayıb. Heç kimlə danışmır, özünə qapanıb”./musavat.com/