ATƏT PA-nın prezidenti DƏYİŞDİ

387

Gürcüstanda yeni parlamentin formalaşmasından sonra ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli vəzifəsini tərk edib.

Bu barədə qurumun məlumatında bildirilib.

Qeyd olunub ki, PA-nın vitse-prezidenti lord Piter Bounes (Böyük Britaniya) prezident postunu tutub.

P.Bounes keçmiş prezidentə ATƏT və PA-ya sadiqliyinə görə təşəkkür edib.

G.Tsereteli öz növbəsində ATƏT PA-nın üzvləri etimad və dəstəyə görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, “Avropalı Gürcüstan” pasrtiyasından deputat olmuş G.Tsereteli 2017-ci ildən ATƏT PA-ya rəhbərlik edib.\\Report