Atəşkəsi kim pozub: biz, yoxsa ermənilər?

66

“DQR” atəşkəsin onlar tərəfindən pozulmadığını bildirib. Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin humanitar atəşkəsə yenə də 2 dəqiqə dözə bilmədiyini iddia edir.
Sual oluna bilər: kim doğru deyir?
Fikrimizcə, bu müəmmanı müəyyənləşdirməyin bir yolu var: Atəşkəsin kimin daha çox işinə yaramadığını təsbit etmək.
Bəllidir ki, Dağlıq Qarabağı İrəvana bağlayan bütün dəhlizləri öz nəzarətinə götürən Azərbaycan üçün bu atəşkəs sərf edirdi. Erməni hərbi birləşmələrinin lojistik əlaqələrini kəsən Ordumuz, ötən şərhimizdə də qeyd etdiyimiz kimi, düşməni “asikomi” vəziyyətinə salmışdı. Bu vəziyyətdə ermənilər ya ATƏT-in Minks qrupunun irəli sürdüyü tələblərlə razılaşıb canlarını qurtarmalı, ya da acından və soyuqdan ölməyi göz önünə almalı idilər. Sözsüz ki, bu durumda bizim atəşkəsi pozmağımıza ehtiyac yox idi.
Ermənilərə gəlincə, onlar “asikomi” vəziyyətindən qurtulmaq üçün ya Laçın, ya da Kəlbəcər – Vardenis dəhlizinin açmağa çalışmalı idilər. Deməli atəşkəs rejimini pozmaq onların marağına uyğundur.

Ovqat.com