“Atəşkəs 2 gündən artıq çəkəcəksə, bizim ziyanımıza olacaq” – Politoloq Elxan Şahinoğludan AÇIQLAMA

141

Senytabrın 27-dən başlayan Qarabağın işğaldan azad olunma əməliyyatına Moskvada imzalanmış humanitar atəşkəs bəyanatı ilə bü gün saat 12-dən 72-saatlıq fasilə verilir. Bu qərar diqqətini əməliyyatlara cəmləmiş Azərbaycan cəmiyyətində rezonansa səbəb oldu. Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elxan Şahinoğlunun mövqeyini öyrəndik.

-Bildiyimiz kimi dünən Moskvada humanitar atəşkəs elan olundu. Necə dəyərləndirisiniz bu addımı?

-Birinci maddəni yerinə yetirmək olar, halbuki orada da əsirləri dəyişdirməklə bağlı qüsurlar var. Əsirlərin indiki zamanda dəyişdirilməsi bir az problematikdir. Azərbaycan hərbçiliərindən əsir düşən yoxdur. Onları qaytarsaq yenidən bizə atəş açacaqlar. Bu bir qüsur. Bəyanatın digər maddələri bizim üçün ziyanlıdır. ATƏT-ın həmsədrlər formatına qayıdılması, danışıqlar formatının dəyişdirilməməsinə zəmanət verilməməsi. Bütün bunlar bizim maraqlarımıza ziddir. Çünki dövlət başçısı İlham Əliyev son günlər dönə-dönə vurğulayır ki, artıq masada Türkiyə olmalıdır. İndiki format bizi qane edə bilməz, biz uzunmüddətli atəşkəsə razılaşa bilmərik. Amma hər halda bu bir bəyanatdır. Bir saziş deyil ki, onun hüquqi qüvvəsi olsun. Ona görə istənilən halda belə humanitar aksiyalar keçiriləndən sonra Qırmızı Xaç komitəsinin təşkilatı ilə yenidən ordu irəliləyə bilər. Bu atəşkəs deyil, humanitar bir aksiyadır ki – belə bir termin də ortaya atıblar – döyüş meydanında qalan meyidlər toplanmalıdır ki, atəş açılsın. Amma mən inanmıram ki, ermənilər yenə də hiyləyə əl atmasınlar. Onlar bu qısamüddətli humanitar atəşkəsdən istifadə edərək istehkamları gücləndirə bilərlər ki, bu da bizim maraqlara ziddir. Aksiya 2 gündən çox çəkəcəksə bizim maraqlarımızın əleyhinə olacaq. İki gündən çox çəkəcəyini zənn etmirəm.

-Türkiyə XİN nazirliyi bəyanat verdi ki, Azərbaycanın yanındadır. Bu nə anlama gəlir?

-Bu o deməkdir ki, Türkiyə Azərbaycanın addımlarını həm hərb meydanında, həm diplomatik müstəvidə dəstəkləyir. Türkiyənin rəsmiləri də açıqlayıb ki, atəşkəsə razı deyillər. Onlar dəfələrlə vurğulayıblar ki, məsələ birdəfəlik həll olunmalıdır. Dövlət başçısı da dəfələrlə vurğulayıb ki, atəşkəs mümkün deyil. Mövlud Çavuşoğlu Bakıda olanda dedi ki, “atəşkəs, bəs sonra? 27 il atəşkəs oldu nəticəsi nə oldu? Qoşunlar geri çəkilməyəcəksə əlbəttə atəşkəsə də riayət olunmayacaq. Biz onlara təminat verməmişik. Biz onların qoşunlarının geri çəkilməsini görməyəcəyik. Onlar geri çəkilməyəcəklər, atəşkəsdən istifadə edib istehkamları möhkəmləndirməyə çalışacaqlar. Ona görə döyüşlər yenidən başlayacaq.

Ülviyyə Şükürova