“AstraZeneca” 3 milyard doza koronavirus vaksini İSTEHSAL EDƏ BİLƏR

54

Oksford Universiteti ilə birgə koronavirus vaksininin hazırlanması ilə məşğul olan “AstraZeneca” əczaçılıq şirkəti Böyük Britaniyada ən perspektivli preparatlardan hesab olunan AZD1222 preparatının istehsalını genişləndirir.

Mövcud sazişə əsasən, şirkət yaxın 1,5 il ərzində rekombinant virus vektoru əsasında on milyonlarla doza vaksin hazırlayacaq, daha sonra bu müqavilə 2023-cü ilədək uzadıla bilər.

“AstraZeneca” vaksin istehsalına aprel ayında başlayıb. Hazırda Böyük Britaniya-İsveç birgə şirkət vaksin yaradıldıqdan sonra 3 milyard doza istehsal etmək gücünə malikdir.

Qeyd edək ki, bir neçə gün əvvəl “AstraZeneca” ABŞ-da vaksin sınaqlarının üçüncü mərhələsinə başlayıb. Sınaqlarda 30 min nəfər iştirak edəcək. \\Trend